İran Azərbaycana qarşı riyakar davranır
Nənəxanım Paşayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
“Suraxanı Oyl Opereyşn Kompani S.A” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin Katiblik xidmətinin rəhbəri
İran bu yaxınlarda sərhədlərimiz boyu qoşunların bütün növlərindən istifadə etməklə irimiqyaslı hərbi, anti –Azərbaycan xarakterli təlimlər keçirdi. Əslində, İran bu təlimlərlə ordusunun qeyri-peşəkalığını, müasir dövrün standartlarından geridə qaldığını nümayiş etdirdi.
Molla rejiminin bu xain hərəkətinə xüsusitəyinatlılarımızın qəti, ildırımsürətli cavabı möhtəşəm, tutarlı oldu. Bu hərəkəti ilə cəngavər igidlərimiz İranaonun sevimli oyuncağı olan “paşinyankimilərə” - “2020-ci ilin payız hadisələrini unutmayın!”, ”Dəmir yumruq yerindədir!”- deyə açıq ismarıc verdi.
Əhalisinin böyük əksəriyyətinin damarında türk qanı daşıdığı İran hakimiyyətinin son 30 ildə həyata keçirdiyi siyasətin arxasında hansı məqsəd dayanır görəsən? Ölkəni son zamanlar bürüyən inqilabi hərəkatlardan, xaosdan, hərc-mərclikdən qurtulmağın yolunu tapmaq əvəzinə, ən yaxın, əzəli qonşusu ilə, özü də ona düşməncəsinə arxadan zərbə vurmaq fikrindən hər zaman çox uzaq olan Azərbaycanla münasıbətləri pozmaqla İran hakimiyyəti nə əldə etmək fikrindədir?
Yoxsa elə hesab edir ki, tarix boyu satqın, yaltaq, təcavüzkar, torpaqacgözü olan erməni, özgə torpaqlarında məskunlaşan Ermənistan ona arxa-dayaq olacaq? Bu suallar bir azərbaycanlı kimi məni çox narahat edir. İran hakimiyyəti erməniyə, son vaxtlar Azərbaycana qarşı kin-kidurəti ilə seçılən bir ovuc fransıza meyl etməklə ölkədaxili problemlərini həll etmək istəyirsə, yanılır.
Hadisələrin gedişatını izləyək. Haqq-ədalət uğrunda mübarizliyimizi qoruyaraq, sağlam təfəkkürün qalib gələcəyinə ümid edək.