İndi tarixi fürsət yaranıb ki, hər iki ölkə öz arasındakı münasibətləri tənzimləsinlər
Əntiqə Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 232 nömrəli tam orta məktəbin müəllimi
Keçən il ölkəmiz üçün çox əlamətdar bir il olmuşdur. Qarşıda duran əsas məqsəd azad edilmiş torpaqlarda bərpa işlərinə başlamaq, eyni zamanda da beynəlxalq təşkilatlar tərəfindən yeni reallıqların qəbul edilməsini təmin etmək idi. Qarşıda duran vəzifələrin demək olar ki, hamısı yerinə yetirilmişdir. BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanımış bir qurumdur. BMT-nin 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış qətnamələrini ordumuz öz gücünə həyata keçirmişdir. Hal-hazırda Azərbaycan Qoşulmama hərəkatına sədrlik edir və birmənalı şəkildə Qoşulmama Hərəkatı ölkəmizlə bağlı həmişə ədalətli mövqe tutmuşdur. İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə kifayət qədər Azərbaycanın mövqeyini dəstəkləyən qərarlar qəbul etmişdir.
Azərbaycan Ermənistanla əlaqələri normallaşdırmaq üçün müxtəlif təkliflər irəli sürmüşdür. Atəşkəs bağlanan gündən atəşkəsi pozan yalnız Ermənistan tərəfi olmuşdur. İndi isə tarixi fürsət yaranıb ki, hər iki ölkə öz arasındakı münasibətləri özləri tənzimləsinlər.
Ermənistanın silahlanmasına imkan yaradılması qəbul olunan hal deyildir. Müharibə dövründə Ermənistanın 4-5 milyard dollar dəyərində hərbi texnikası ələ keçirilmişdir. Azərbaycanda Vətən Müharibəsindən sonra ordu quruculuğu ilə bağlı işlər daha da gücləndirilib. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılır və artırılacaqdır. Ordu quruculuğu üçün nə qədər vəsait lazımdırsa, ayrılacaqdır. Azərbaycanın müharibədən sonrakı dövrdə də iqdisadi göstəriciləri getdikcə artmaqdadır. İşğaldan azad edilmiş bölgələrimizdə yenidənqurma işlərində xarici şirkətlərin marağı böyükdür.
Ölkəmizdə qeyri-neft sektorunda da iqtisadi inkişaf artmaqdadır. Ölkəmizin xarici borcları dəfələrlə azalmışdır. Bütün bu nəaliyyətlər ölkəmizin hərtərəfli inkişafı sayəsində reallaşmışdır.
Müharibədən sonra işğaldan azad edilmiş torpaqlarımızda basdırılmış minaların törətdiyi fəsadlar nəticəsində 200-dən artıq insan həlak olmuş və ya yaralanmışdır. Bu məsələyə beynəlxalq müstəvidə bir həll yolu tapmaq lazımdır. Hazırkı dövürdə Rusiya - Ukranya müharibəsi də dünyada proseslərin mənfi istiqamətdə getməsinə yol açdı. Ərzaq qıtlığının yaranması, bahalaşmanın qarşısını almaq lazımdır. Azərbaycanın kifayət qədər taxıl ehtiyatları vardır.
Ağdam və Fizuli şəhərində baş planları təsdiqlənib və işlərə başlanıb. Digər bölgələrimizdə də baş planlar hazırlanmalıdır və təsdiq olunmalıdır. Quruculuq işləri üçün kifayət qədər vəsait ayrılmışdır. Bu ərazilərdə elektrik təchizatı ilə bağlı işlər davam etdirilir. Dörd su elektrik stansiyası inşa edilmişdir. Təkcə, keçən il 9 elektrik yarımstansiyası inşa etdirilmişdir. Bundan əlavə bu il “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikintisi ilə bağlı işlər surətləndirilir. Quruculuq işləri cənub bölgəsində də davam etdirilir. İranla Azərbaycan arasında körpüləri, dəmir yolu körpülərinin tikintisi ilə bağlı memorandum imzalanmışdır. Eyni zamanda Zəngəzur dəhlizi də açılmalıdır. Naxçıvan Muxtar Respublikası ilə quru yolu tam bərpa olunmalıdır. Bu, 10 noyabr Bəyənnaməsində açıq - aşkar qeyd olunmuşdur.
Bərdə - Ağdam dəmir yolu və Ağdamda və Füzulidə Dəmir Yolları, vağzalları da inşa edilməlidir. Hava limanları da fəaliyyətə başlamalıdır. Laçın və Zəngilan beynəxalq hava limanlarda görüləcək işlərin həcmi böyükdür.
Şuşa şəhərində də abadlıq restorasiya işləri davam etdirilir. Hər ay Şuşaya ekskursiyalar təşkil olunur. Şuşada artıq insanlar yaşayır. İçməli su layihəsi də bu il həyata keçiriləcəkdir. Gələn ay Şuşada “Xarıbülbül” festivalı keçiriləcəkdir.
İşğalçı Ermənistan tək insanlara yox, təbiətə də, ekologiyamıza da ciddi zərərlər vermişdir. Həkəri çayı, Bazarçay, Lev çayı, Zanbuq, Tutqun, Tuqay və s. çayları ermənilərin işğal etdiyi ərazilərdə vəhşicəsinə istismar edilmişlər. İşğal zamanı su anbarları məhv edilmişdir.
Yaxın müddətdə sosial obyektlərin də inşasına başlanılacaq. Ağdam, Cəbrayıl, Şuşa şəhərlərində məktəblər, əlavə olaraq xəstəxanalar inşa olur.
Prezidentimizin rəhbərliyi ilə daim inkişaf edən Azərbaycanla qürur duyuruq!