YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

21 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.

Növbəti belə görüş Bülbülə qəsəbəsi, 32-ci Bülbülə küçəsi, 297 ünvanında yerləşən ərazi partiya təşkilatında (327 nömrəli tam orta ümumtəhsil məktəbi) keçirilib.

Tədbiri giriş sözü ilə açan ƏPT-nin sədri, 327 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Kəmalə İbrahimova bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında milli-mənəvi tərbiyə amili dövlətin gələcək varlığını və suverenliyini sığortalayan ən strateji ideoloji qalxan kimi ön plana çıxarılıb. Zəfərdən sonrakı yeni dövrdə bu məsələ artıq sadəcə fərdi əxlaq norması deyil, dövlət təhlükəsizliyinin mühüm tərkib hissəsi kimi xarakterizə olunur.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Fərəh Məcidzadə vurğulayıb ki, bu gün qarşımızda duran əsas vəzifələrdən biri əldə etdiyimiz nailiyyətləri düzgün dərk etmək, onların mahiyyətini cəmiyyətə dolğun çatdırmaq və gələcək nəsillərə ötürməkdir. Çünki tarihi qələbələrimizi qorumaq, dövlətimizin gücünü daha da artırmaq və milli maraqlarımızı müdafiə etmək davamlı siyasi iradə və vətəndaş məsuliyyəti tələb edir.

Daha sonra çıxış edən YAP Suraxanı rayon təşkilatının fəal üzvü, 327 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu, Aidə Abdullayeva qeyd edib ki, möhtərəm Prezidentin qurultayda səsləndirdiyi fikirlərdə ideoloji təhlükəsizlik məsələsinə xüsusi yer ayırması təsadüfi deyil. Müasir dünyada dövlətlərin təhlükəsizliyi yalnız hərbi güc və iqtisadi imkanlarla ölçülmür. İnformasiya məkanında baş verən proseslər, rəqəmsal platformalar vasitəsilə yayılan məlumatlar və müxtəlif manipulyasiya cəhdləri də cəmiyyətlərin gələcəyinə ciddi təsir göstərir.

Görüşün sonunda partiya üzvlərinin və iştirakçıların sualları ətraflı cavablandırılıb.

 

 

Paylaş