İlk rəsmi səfər dost ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək
Aygun Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Slovakiyaya ilk rəsmi səfərə getmişdir . Bu səfər dekabr ayının 8- də baş tutub. Səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, mədəni, strateji və bir çox əlaqələr müzakirə edilmişdir.
Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990- cı illərin əvvəllərindən inkişaf edir. 1992- ci ildə isə iki ölkə bu dostluq əlaqələrini genişləndirib və 1993- cü ildə isə tam olaraq rəsmiləşdirib. Bu dostluq ölkələrimizi bir- birinə sülh əmin- amanlıq gətirəcəyinə xalqalar arasında isti münasibətlər yaranacağına əsas verir.
Slovakiyanın baş naziri Robert Fitsonun ötən il Bakıya səfəri çərçivəsində ölkəmizin bu münasibətlərinin dərin təzahürüdür. Dostluq, Sülh Azərbaycanın əsas hədəfdir. Cənab İlham Əliyev görüş zamanı Slovakiya və Azərbaycanın ən mərhələli siyasi, strateji və əməkdaşlıq mövqelərindən razı olduğunu bildirmişdir.
Bu il Prezident cənab İlham Əliyevin Slovakiyaya səfəri və bu ölkənin prezidenti Peter Pelleqini ilə geniş tərkibli təkbətək görüşü baş tutub. Prezident cənab İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər enerji potensialı var. Bu potensialı qat- qat artırmaq gücünə malik ölkəyik.
Azərbaycan hazırda Mərkəzi Asiyanı Avropa ilə ən etibarlı və ən təhlükəsiz marşurut xəttini təmin edir. İki ölkə başçısı tərəfdaşlıq və sülh münasibətlərinin daha da inkişaf edəcəyinə əmin olduqlarını qeyd ediblər.