İkitərəfli əməkdaşlığın gücləndirilməsi üçün böyük inkişaf potensialları vardır

İkitərəfli əməkdaşlığın gücləndirilməsi üçün böyük inkişaf potensialları vardır

Ramil Kişizadə 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

N.Bayramlı adına 196 tam orta məktəbin müəllimi

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub.

 

Kasım-Jomart Tokayev Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin möhkəmlənməsinə və inkişafına verdiyi xüsusi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevi “Altın kıran” (Qızıl qartal)  ordeni ilə təltif edib.

 

“Altın kıran” ordeni Qazaxıstan Respublikasının ən yüksək fərqlənmə nişanıdır. Bu ordenlə Qazaxıstan qarşısında müstəsna dövlət xidmətlərinə görə şəxslər təltif edilirlər. İlham Əliyev bu ordenlə təltif olunmuş 19 xarici dövlət xadimidir. Ordenin ilk sahibi isə 1997-ci ildə Rusiya Prezidenti Boris Yeltsin olmuşdur.

 

Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir ki, nümayəndə heyətləri üzvlərinin iştirakı ilə aparılan danışıqlar zamanı Azərbaycan və Qazaxıstan prezidentləri "siyasi, ticarət-iqtisadi, nəqliyyat-tranzit və mədəni-humanitar əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirərək Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığına dair əsas məsələləri" müzakirə ediblər.

 

Görüş zamanı Kasım-Jomart Tokayev bildirmişdr ki, “Qazaxıstan və Azərbaycan yaxın dövlətlərdir, biz strateji tərəfdaş və müttəfiqik. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi haqqında bəyannamə imzalanacaq”. O əlavə edib ki, Azərbaycana “xüsusi missiya ilə – ikitərəfli əməkdaşlığı yeni səviyyəyə çıxarmaq üçün” gəlib. Sonra o, iki ölkə arasında ticarət dövriyyəsinin ildə 1 milyard dollara çatdırılması üçün ticarətin gücləndirilməsinə tərəfdar olduğunu bildirib.

 

İlham Əliyev cavab sözündə Qazaxıstanın "Altın Kıran" (Qızıl qartal) ali ordenilə təltif olunmasına və azad olunmuş ərazilərdə Qazaxıstan tərəfindən uşaqların yaradıcılıq İnkişafı Mərkəzinin inşasına görə təşəkkürünü bildirib.

 

Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi Prezidentlərə təqdim olunub,
- Ermənistan işğalından 2 il öncə azad olunmuş Füzuli şəhərində tikiləcək Yaradıcılıq Mərkəzinin tikintisinin layihəsi Qazaxıstan Prezidentin şəxsi tapşırığı əsasında hazırlanıb. Artıq 2 ha. ərazidə məkan müəyyən edilib. Orada çağdaş memarlığa və Füzuli şəhərinin baş planına uyğun binalar, amfiteatr inşa ediləcək. İkitərəfli əməkdaşlığa toxunan Əliyev iki ölkə arasında yük axınının artırılması, onların tranzit potensialının gücləndirilməsi üçün nəqliyyat-logistika infrastrukturunun inkişafını qeyd edib. O, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılmasına tərəfdar olduğunu bildirib.

 

Azərbaycan və Qazaxıstan prezidentlərinin danışıqlarının yekunlarına əsasən Kasım-Jomart Tokayev və İlham Əliyev Qazaxıstanla Azərbaycan arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi haqqında bəyannamə imzalayıblar.

 

Həmçinin 2022-2026-cı illər üçün ölkələr arasında əməkdaşlığın inkişafı üzrə kompleks proqram imzalanıb.

Bundan əlavə, aşağıdakı sənədlər imzalanıb:

Qazaxıstan və Azərbaycan hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş;

İki ölkə Xarici İşlər nazirlikləri arasında 2023-2024-cü illər üçün əməkdaşlıq planı;

İki ölkənin Mədəniyyət nazirlikləri arasında mədəni əməkdaşlıq proqramı;

Türküstan və Şuşa şəhərləri arasında qardaşlaşmış şəhər əlaqələrinin qurulması haqqında protokol;

Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyi və Azərbaycan Medianın İnkişafı Agentliyi arasında qarşılıqlı anlaşma memorandumu;

Qazaxıstan Rəqəmsal inkişaf və Aerokosmik Sənaye Nazirliyi və Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumu;

Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi və Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında tranzit yükdaşımaları sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu.

ADA Universiteti ilə Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında memorandum.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və QazaqGas milli şirkət Səhmdar Cəmiyyəti arasında Anlaşma memorandumu.

Qazaxıstan Dəmir Yolları Milli Şirkəti Səhmdar Cəmiyyəti ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair memorandum...