“İKİLİ STANDARTLAR” SİYASƏTİ

“İKİLİ STANDARTLAR” SİYASƏTİ

Şaiq Səfərov

YAP Suraxanı Rayon Təskilatının ƏPT-nin sədri 

Suraxanı Rayon İcra Hakimiyyəti nəzdində Layihə Bürosunun rəisi

44 günlük Vətən müharibəsində suverenliyini bərpa edən, separatizmə son qoyan  müstəqil Azərbaycan dövlətinin əldə etdiyi qələbələrə görə ona qarşı qərəzli mövqelərin sayı artdı. Fransa başda olmaqla, bir sıra qərb ölkələri saxta ermənipərəstlik mövqeləri sərgiləməyə başladılar. Bu mənada, II Qarabağ Müharibəsində BMT-nin qətnamələrini öz gücünə yerinə yetirib, ərazi bütövlüyünü təmin edən suveren Azərbaycan bu tarixi qələbəni həzm edə bilməyən Ermənipərəst Avropa Şurası Parlament Assambleyesı (AŞPA) kimi qeyri ciddi və qərəzli təşkilatla əməkdaşlığı, təbii ki, davam etdirə bilməzdi.

Təşkilatın həyasızlığı o həddə çatıb ki, Azərbaycan nümayəndə heyətiniun etimadnaməsinin təstiqlənməməsi təşəbbüsü ilə çıxış edib. Digər avantürist Qərb mərkəzləri kimi, AŞPA da Avropadakı siyasi konyukturaya uyğun hərəkət edərək, Avropa Parlamentinin ardınca məkrli anti-Azərbaycan mövqeyi nümayiş etdirdi.  Azərbaycan müstəqil, suveren, və multi kultural dövlət kimi dünyada söz və nüfuz sahibidir. AŞPA ilə əməkdaşlığın dayandırılması və bu qurumun Azərbaycana qarşı qərəzli ittihamları ölkəmizin imicinə təsir etməyib, əlbəttə, bundan sonra da etməyəcək.

Azərbaycan AŞPA-ya üzv olduğu 2001-ci ildən etibarən, etibarlı tərəfdaş kimi, öz fəaliyyəti dövründə qaldırılan bütün məsələlərlə bağlı ədalətli mövqe nümayiş etdirib. Əfsuslar olsun ki, indiyədək AŞPA Azərbaycana problem yaradaraq, ölkəmizi nüfuzdan salmaqla məşğul olub. Qərbdəki anti-Azərbaycan qüvvələr bu qurumdan pespublikamıza qarşı təzyiq vasitəsi kimi istifadə ediblər. Hansı ki, bu gün ermənilərin himayədarı kimi, dəridən-qabıqdan çıxan Almaniya və Fransa bu çirkin siyasətin önündə gedirlər. Azərbaycana qarşı səslənən ittihamların heç bir əsası yoxdur.

Azərbaycan AŞPA-nın üzvü olduğu dövrdə bu qurum işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə bir dəfə də olsun qınamayıb. Halbu ki, işğal dövründə azərbaycanlılar zorla evlərindən qovuldular, Qərbi Azərbaycanlı soydaşlarımız isə etnik təmizləməyə məruz qalmışlar. Ölkəmizə qarşı qərəzli mövqe, ikili standartlar sərgiləyən AŞPA isə Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdiyi tədbirləri “etnik təmizləmə”  kimi qələmə verərək, yenə də anti-Azərbaycan mövqeyindən çıxış edir. Bu isə həyasızlığın pik həddidir. Halbuki, ermənilərin Qarabağdan köç prosesi və onlarla davranış bütün dünyanın gözü qarşısında baş verirdi. AŞPA-nın isə gözü  kor, qulaqları kar olub sanki.
Bu qədər də ikili standarlar olmaz axı.

Şübhəsiz ki, AŞPA-nın nümayəndə heyətimizə qarşı qərarının arxasında erməni lobbisinin təsir dairəsində olan “siyasət”çilər dayanır. Ölkəmizə qarşı bu cür qərəzli yanaşma Avropanın diplomatik nüfuzuna xələl gətirə, bir çox beynəlxalq məsələlərin həllini çətinləşdirə bilər. Azərbaycan nümayəndə heyətinin etimadnaməsini şübhə altına almaqdansa, açıq dialoq və konstruktiv əməkdaşlıq təşviq edilməlidir. Bununla da anlaşılmazlıqlar aradan qalxardı.

Beynəlxalq hüquq hər bir dövlətin hüquq və vəzifələrinə hörmətlə yanaşmağı tələb edir.  Aydın sübutla dəstəklənməyən ittihamlar bu prinsipin pozulmasına gətirib çıxara və regionda əlavə gərginlik yarada bilər.Qalib ölkəmizin nümayəndə heyətinin AŞPA-ya yenidən qayıtmağının ən asan yolu və optimal vatianti odur ki, ikili standartlara son qoyulsun.