İki ölkə üçün mühüm sayılan sənədlərdən - Şuşa Bəyannaməsi
Səadət Seyidova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 290 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi
Azərbaycan və Türkiyə arasında olan qardaşlıq əlaqəsinin tarixi çox qədimdir. Əsrlər boyu xalqlarımız sıx əməkdaşlıq şəraitində yaşamışdır. Müasir dövrümüzdə isə bu münasibətlər daha da möhkəmlənir və inkişaf edir. Son dövrlərdə istər iqtisadi, istər mədəni, istərsə də siyasi sahədə olan əməkdaşlıq bunun əyani sübutudur.
İki ölkə üçün mühün sayılan sənədlərdən biri də 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətəri haqqında Şuşa Bəyannaməsi”dir. Tarixi Qars müqaviləsinə istinad edilən bu sənədin düz bir əsrdən sonra azad edilmiş Şuşa şəhərində imzalanması xüsusi əhəmiyyət kəsb edir.
Bəyannamə ölkəmizin beynəlxalq nüfuzunu artırnmaqla yanaşı, əlverişli investisiya mühiti də yaradır. Qeyd edilən tarixi sənəd özündə bütün sahələrdə əməkdaşlığı ehtiva edir. Eyni zamanda, yeni perspektivlər də mövcuddur. İşğaldan azad olunmuş ərazilərin bərpası, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin də bəyannamədə əks olunması böyük nailiyyətdir.
Prezident İlham Əliyev hər iki dövlətin iqtisadi qüdrətini artıran bu mühüm tarixi hadisə zamanı çıxışında demişdir: “XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”. Bəyannəmənin imzalanmasından sonra Şuşada 15 iyun tarixində ənənəvi olaraq keçirilən konfranslar isə bu sadiqliyin göstəricisidir və gələcək nəsilləri əlaqələrin qorunmasına bir çağırışdır.