Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini inkişaf etdirən onun dilidir

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini inkişaf etdirən onun dilidir

Aynur Əsgərova 

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu,  85 nömrəli tam orta məktəbin müəllimi

Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilmişdir.Artıq 20 ildən çoxdur ki,ana dilimizlə bağlı bu əlamətdar günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik.

Ana dili və əlifbası hər bir xalqın milli sərvəti, varlığının təsdiqi və kimliyidir.Azərbaycan xalqının başqa sərvətləri kimi əlifbası və dili də zaman - zaman yadelli işğalçıların təzyiqinə məruz qalsa da  millətin öz taleyinə sahibliyi və dilimizin zənginliyi onun məhv olmasına imkan verməmişdir.

XX əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşərək nüfuz qazanmasına böyük əhəmiyyət verilirdi.

"Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı -ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir.Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir.Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da  olmaz.Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar, musiqilər də olmaz ". "Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir"-söyləyən Heydər Əliyev yürütdüyü dil siyasətində həmişə çalışırdı ki, Azərbaycan dili dünya dilləri içərisində öz layiqli yerini tutsun.

Ümummilli Lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğma dilimizə həssaslıqla yanaşmasının nəticəsidir ki, Azərbaycan ədəbiyyatının , azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu.

Cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın milli sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir.Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.