Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Biz bunu gerçəkləşdirdik

Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Biz bunu gerçəkləşdirdik

Səadət Rəşidova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin müəllimi

Mayın  3-də  ADA  Universitetinin təşkilatçılığı ilə  Şuşada  Ümumilli  Lider Heydər  Əliyevin  100  illik  yubileyinə həsr  olunmuş “Böyük  Avrasiya geosiyasətinin  formalaşması : keçmişdən bu  günə və gələcəyə”  mövzusunda IV Beynəlxalq konfrans keçirilmişdir.

Azərbaycanın Respublikasının Prezidenti İlham Əliyev konfransda  iştirak edib. Çıxış zamanı Prezident İlham Əliyev bu ili Ulu Öndərimizin yüzillik yubileyi ilə əlaqədaraq olaraq “Heydər Əliyev İli” elan olunduğunu bir daha qeyd etmiş və  bu görüşün Şuşada keçirilməsinin hamımız üçün xüsusi əhəmiyyəti olduğunu qeyd etmişdir.Prezident: “Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Biz bunu gerçəkləşdirdik. Biz bununla fəxr edirik, buna sevinirik. İşğal dövründə Şuşanın dağıdılması bir daha göstərdi ki, o heç vaxt ermənilər  üçün doğma  şəhər olmamışdır.”

İlham Əliyev çıxışında Ermənistan və Azərbaycan münasibətləri, iki dövlət arasında sülhün imzalanmasının vacibliyi və Azərbaycanın sülh tərəfdarı olmasını bir daha xatırlatdı. Qeyd etdi ki, biz Ermənistan və Azərbaycan arasında olan vəziyyətə dair həll yolununun tezliklə tapılmasına ümid edirik. Tarixən sülh sazişini imzalamayan ölkələr olmuşdur. Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Bu, nə Ermənistan, nə region, nə də Azərbaycan üçün əlverişlidir.

Konfransda İlham Əliyev Türkiyə və Azərbaycan münasibətlərinə gəlincə “Şuşa bəyannaməsi” haqqında danışdı və onun tarixi hadisə olduğunu qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanla Türkiyə dövlətlərinin münasibətlərdə müttəfiq olduğunu söyləmişdir və qeyd etmişdir ki,bizim münasibətlərimiz Prezident Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son 20 ildə təkcə qardaş xalqlar arasında deyil, eyni zamanda müttəfiqlər olan münasibətə çevrilmişdir.

Çıxış zamanı Prezident İlham Əliyev Rusiya və başqa ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini qeyd etdi.Rusiya və Azərbaycan arasında münasibətlər Azərbaycanla Şimali Qafqaz respublikaları arasında kommunikasiyaların açıq olduğunu bir daha xatırlatdı.Qafqazda ayırıcı xətlər,inzibati sərhədlər olsa belə, Qafqazı vahid orqanizmə bənzətdi və bu bədənin iki yerə ayırmağın mümkünsüzlüyünü qeyd etdi.

Bu dəfəki konfransın Şuşada keçirilməsi erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətli idi.