Heydər Əliyevin ali bacarığı Azərbaycanda çökməkdə olan iqtisadiyyatı dirçəltdi
Bugünkü bütöv Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev olub. O ömrünün əsas hissəsini vətənə, xalqa,dövlətə, milli prinsiplərimizə sədaqətlə xidmət edən dahi şəxsiyyətdir. Tarix Ulu Öndər kimi dahi şəxsiyyətləri hər gün yetişdirmir. Uzaqgörən lider xalqımıza dövlətçiliyimizi müstəqilliyimizi qorumaq üçün göndərilmiş əvəzssiz ərmağandır. İstər Sövetlər dövründə, istər Azərbaycanın müstəqilliyi dövründə iqtisadiyyatın sürətli inkişafı xalqın rifahının yüksəldilməsi üçün Heydər Əliyev əlindən gələni etmişdir. İlk öncə Sovetlər dövrünə nəzər salsaq bu dövr çətin siyasi dövr olduğunu görürük. Lakin Heydər Əliyev bunlara baxmayaraq ölkədə kondisioner zavodu açılması, yolların çəkilməsi, hərbi təhsil ocağının açılmasında müstəsna rol oynayıb.
Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra ilk olaraq Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq üçün mühüm addımlar atmışdır. Növbəti və ən vacib məqsəd isə Azərbaycanın ərazi bütövlüyünün bərpası qorunub saxlanması olub. Buna görə ilk öncə dövlət büdcəsinin möhkəmləndirilməsi, ölkə iqtisadiyyatının gücləndirilməsi qarşıya qoyulmuş əsas prinsip idi. Xarici kapitalın Azərbaycan iqtisadiyatına cəlb olunması Azərbaycanda istehsalı artırmaq dünya bazarlarına Azərbaycan məhsullarını ixrac etmək iqtisadiyyatın güclənməsi üçün vacib amillərdən idi. Bu yolda Ulu Öndərin atmış olduğu mühüm addımlardan biri 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması oldu. Belə ki, xarici kapitalın Azərbaycana cəlb olunması neft sektorunun sürətlə inkişafı bugünkü Azərbaycanın inkişafı üçün əsas oldu.
Heydər Əliyevin qətiyyətli siyasi bacarığı nəticəsində Azərbaycan yeni iqtisadi inkişaf yoluna sürətlə qədəm qoydu. Heydər Əliyevin siyasi bacarığı Azərbaycanda çökməkdə olan iqtisadiyyatı dirçəltdi. Əldə edilən kapital planlı və mərhələli şəkildə iqtisadiyyatın qeyri neft sektoruna yönləndirilir. Həmçinin bu zaman təhsil, səhiyyə və ən əsası ordu quruculuğunun inkişafı da diqqətdən yayınmır. Uzaqgörən lider Heydər Əliyev çox yaxşı bilirdiki iqtisadi gücü olan dövlət öz ərazi bütövlüyünü müstəqilliyini qoruyub saxlamağa qadirdir. Məhz buna görə də prezidentliyi dövründə 17 iyul 1996 cı ildə “İstehsal,xidmət,maliyyə kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə fərman imzalayıb və nəticədə iqtisadiyyatın, sahibkarlığın inkişafına mane olan əsassız yoxlamalar aradan qaldırılır.
Əlbəttə, Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin,müstəqilliyinin qorunub saxlanması, dünyaya tanıdılmasında üçün gördüyü işlər hələ əsrlər boyu tarixçilər, siyasətçilər tərəfindən araşdırılacaq siyasi və tarixi ədəbiyyatlarda Heydər Əliyev siyasi kursu mühüm yer alır və alacaqdır. Heydər Əliyev siyasəti Azərbaycan tarixinin 20 ci əsrdən 21 ci əsrə atılmış uğur körpüsüdür. Heydər Əliyev siyasəti Azərbaycanı regionda sülhü və iqtisadi inkişafı təmin edən dövlətə çevirib. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirə biləcək lider isə İlham Əliyevdir. Onun siyasi bacarığı ilə Azərbaycan 44 günlük vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edərək regionda sülhün təminatı və iqtisadi inkişafda söz sahibidir.