Hərbi ekspert Heydər Mirzə: “Gənc əsgərlərin çoxu yaxın təmas döyüşündə şəhid olmayıb”
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların arasında gənc əsgərlərin də olması ictimaiyyətin diqqətini çəkib.
Məsələyə hərbi ekspert Heydər Mirzə də münasibət bildirib.
O feysbukdakı paylaşımında qeyd edib ki, döyüşlərdə artilleriyadan çox istifadə olunub: “Düşünürəm ki, düşmən bizim arxa eşelonlarımızda olan bəzi hissələrimizə zərbələr endirə bilib. Gənc heyət itkiləri də bu səbəbdən ola bilər.
Təəssüflər olsun ki, düşmən buna imkan tapa bilib, kəşfiyyatı da işləyib. Amma məndə olan məlumata görə, gənclərin əksəriyyəti yaxın təmas döyüşündə şəhid olmayıblar”.