Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatında “2 Fevral - Gənclər Günü” münasibəti ilə gənclərlə dəyirmi masa keçirilmişdir

Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatında “2 Fevral - Gənclər Günü” münasibəti ilə gənclərlə dəyirmi masa keçirilmişdir

31.01.2025-ci il tarixdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının inzibati binasında “2 Fevral - Gənclər Günü” münasibəti ilə gənclərlə dəyirmi masa keçirilmişdir. Dəyirmi masanı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov müzakirə iştirakçıları olan gəncləri salamlayaraq dedi ki, müasir Azərbaycan gəncliyini sözün bütün mənalarında uğurlu gənclik hesab etmək olar. Çünki, onların yolları Ulu Öndər Heydər Əliyevlə kəsişmiş, sonradan isə yolları və taleləri Ümummilli Liderlə birləşmişdir. Dahi rəhbər yaxşı bilirdi ki, ömrün qürub çağında gələcəyi və gələcək nəsilləri düşünməlidir. Ona görə də ölkənin müharibə şəraitində olmasına rəğmən, dövlət büdcəsinin yox səviyyəsində olmasına baxmayaraq digər ümumrespublika problemləri ilə yanaşı gəncləri də öz diqqət və qayğısı ilə əhatələndirmişdir.

Daha sonra çıxış edən YAP Suraxanı rayon təşkilatının fəal gəncləri Fatma Mirzəcanova, Nərgiz Rüstəmova, Həvva Məmmədəliyeva, Zəhra Məmmədzadə, Məhəmməd Ağamalıyev bildirdilər ki, bu gün YAP Suraxanı rayon təşkilatı gənclərlə bağlı bir çox layihə həyata keçirməkdədir. Özünü ictimai-siyasi sferada sınamaq istəyən və özünə güvənən gənclər bizim ətrafımızda birləşməkdədirlər. Ulu Öndərin siyasi irsinin onlara aşılanması istiqamətində YAP Suraxanı rayon təşkilatı hər zaman müstəsna rol oynamaqdadır. Bu gün bizim qapımız bütün Suraxanı rayon gənclərinin üzünə açıqdır. Gənclərimiz rayonda həyata keçirilən bütün seçkilərdə, tədbirlərdə yüksək fəallıq nümayiş etdirməklə özlərinin vətəndaşlıq borclarını yerinə yetirirlər.

Sonda fəaliyyəti ilə fərqlənən gənclərə Fəxri Fərman, Təşəkkürnamələr və YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunmuşdur.