“Euronews”un hazırladığı reportajda Prezident İlham Əliyevin müsahibəsi də yer alıb
Elvina Əhmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru
İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Həmin reportajda Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb.
Müsahibənin əsas mövzusu bu ilin payıızında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək COP-29, yəni qlobal iqlim sammiti olub. Sammit bütün dünyanın, eləcə də Avropa ölkələrinin ciddi diqqət mərkəzindədir. Azərbaycan Prezidenti müsahibədə Azərbaycanın nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici olduğunu bildirib.
Prezident İlham Əliyev bildirib ki, “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır: “Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır”.
Milli enerji şəbəkəsinin gücləndirilməsini, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalı duruma gəlməyi, ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışma oldumuzun vacibliyini qeyd edən Prezident bildirib ki, Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəf ixracdır.
Ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. COP29-a ev sahibliyi etməklə, Azərbaycan yaşıl enerjiyə keçid prosesində öncül rol oynama öhdəliyini yerinə yetirir və bu istiqamətdə mühüm addımlar atır.
Azərbaycanda sərmayə mühiti və bərpaolunan enerji sektorunun inkişafı, ölkənin iqtisadiyyatını şaxələndirmək və ekoloji dayanıqlılığı təmin etmək məqsədi ilə aparılan siyasətlərin nəticəsidir. Bütün bunlar Azərbaycanın enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlığını daha da gücləndirəcək.
“Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ev sahibliyi edən ölkə kimi, Azərbaycanın əsas məqsədlərindən biri birlik və həmrəylik yaratmaqdır. Qarşıya qoyulan prioritet vəzifələrdən biri Azərbaycanın sədrliyi ilə keçirilən bütün tədbirlərdə və ondan sonra da elə bir mühit yaratmaqdır ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsinlər. Dövlət başçımızın dediyi kimi, qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər