Ermənistan təcrid olunmuş ada kimi yaşamaqdan xilas olmaq üçün Azərbaycana və Türkiyəyə olan ərazi iddialarından əl çəkməlidir
"Cənubi Qafqaz : Inkşaf və əmakdaşlıq" adlı konfransda Prezident İlham Əliyev çıxışı zamanı bir çox məsəslələri xüsusilə də təxminən 30 il işğal altında olan bütün şəhər və kəndlərimizdə ermənilərin beynəlxalq konvesiyasını pozaraq həmin ərazilərin barbarlıq və vandalizimə məruz qoyaraq dağıdılmasını, yerlə-yeksan olunmasını, qeyri-qanuni məskunlaşmasına, proqramını həyata keçirdiklərini vurğulamışdır. O, bütün sahələrdə eləcə də, hərbi və müdafiə sənayesi sahələrində müttəfik olan Türkiyə dövləti ilə Şuşa bəyannaməsinin imzalandığını bildirdi.
Qafqazda uzunmüddətli və dayanıqlı sülhün təməli sayılan müqavilənin imzalanması üçün Ermənistan hökümətinə təklif olunan Azərbaycanla delimitasiya prosesinin başlamasına səbəb olan 5 prinsipə müsbət yanaşılıb. Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edərək təkçə Azərbaycan və Ermənistan arasında deyil, Cənubi Qafqazda regional inkşaf məsəslələrinə yönəlmiş beynəlxalq ictimayyət tərəfindən qəbul olunan sülh gündəliyi və təşəbbüslərini açıq bəyan edib.
Ermənistan cəmiyyəti Cənubi Qafqazda təcrid olunmuş ada kimi yaşamaqdan, Azərbaycan və Türkiyə ərazi iddialarından imtina etməli, üçtərəfli səviyyədə hər hansı qarşılıq təmasdan çəkinməməlidir .Çünki, təhlükəsizlik olmadan əmakdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz. Bizim iqtisadi fəaliyyətimiz isə sabitlikdən qaynaqlanır. Müharibədən sonra regionda yeni konfiqurasiyanın iştakçıları olan Türkiyə-Rusiya Monitorinq mərkəzi Ağdamda yerləşdirildi. Bu isə tarixdə ilk dəfə yaradılan bir formatdır. Türkiyə-Rusiya münasibətlərini nəzərə alaraq prezidentimiz Ukraniyada regional sabitliyə və təhlükəsizliyə xidmət edən atəşkəsin əldə olunmasında Türkiyə prezidentinin vasitəçiliytini vurğulamışdır.
Ərazilərimizdən 30-a yaxın su elektirik stansiyasının məhv edilməsinə baxmayaraq bəzi rayonlarda quruculuq işlərinə başlanılınb və 20 MVt-lıq və 25 MVt-lıq stansiyalar istifadəyə verilib. Həmçinin, Kəlbəcərdə külək elektirik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşıb.
Ermənistan tərəfindən müharibədən sonra basdırılmış minaların partlaması səbəbəindən 200-dən çox hərbçi və mülki vətəndaş həlak olmuş və ağır yaralanmışdır. Faciə nəticəsində 2 jurnalist həlak olmuşdur. Hazırda bütün minaları təmizləmək olduqca çətindir.
Azərbaycan Avropa ittifaqının ədalətli vasitə kimi hesab etdiyindən ölkəmiz üçün önəmli tərəfdaşdır.Avropa ittifaqı ilə çox geniş gündəlik mövcud olmasına baxmayaraq Ermənistan-Azərbaycan münaqişəsi heç vaxt onun bir hissəsi olmayıb.Gündəliyimizdə olan məsələlər ticarət, enerji, nəqiliyyat, humanitar və demokratik inkşaf məsələləridir.
Bütün ölkələrlə və qonşu ölkələrlə münasibətimizdə ölkəmiz olduqca məsuliyyətlidir.Elə buna görədir ki, Çin prezidenti cənab İlham Əliyevi "Çinin böyük dostu"adlandırır. Azərbaycan qazın Gürcüstan, Türkiyə, Bolgaristan, Yunanistan və İtaliya ixrac olunur. Bütün bu deyilənləri əsas götürərək mən bir ziyalı kimi Prezidentimiz cənab İlham Əliyevin bütün xarici jurnalistlərin verdiyi suallara elə xarici dildə cavab verməsini fikirlərini dolğun dürüst ifadə etməsini xarici siyasətdə Ümummilli liderin layiqli davamçısı olmasını alqışlayıram.