Elmimiz hərbimizlə paralel inkişaf edir
Otuz ildən yuxarı car çəkirik, ay dünya bizim torpaqlarımızı işğal ediblər, yurdumuzu viran qoyublar, soydaşlarımızı dərbədər salıblar. Heç kim bizi saymırdısəsimizi eşitmirdilər. Birbaşa ya da dolayısıyla ”güclünü“ müdafiyə edirdilər. Biz də reallığı qəbul edib “buyurun bu da güc” dedik. Həqiqətən də başladılar bizi saymağa, bizimlə hesablaşmağa. Nüfuzlu beynəlxalq qurumların toplantısını ölkəmizdə daha tez-tez keçirilməsi bunun bariz nümunələrindən biridir. Bunlardan biri də paytaxtımızda oktyabrın ikisində Beynəlxalq Astronavtika konqresi oldu.
Artıq 10 ildən artıqdır ki, Azərbaycan beynəlxalq kosmik ailənin üzvüdür. Ölkəmizin peyki Yer kürəsinin başına dolanmaqdadır. Ən qürur vericisi budur ki, bu işləri yönəldən məhz öz milli kadrlarımızdır. Heç bir müharibə əbədi deyil və olmayacaq da. Amma insan övladı var olunca elm də onunla birlikdə olacaq. Bu mənada nə xoş halımıza ki, elmimiz də hərbimizlə paralel inkişaf edir. Konqresin açılışında Prezident İlham Əliyev sanballı mətnlə çıxış etmişdir. Hər fürsətdə olduğu kimi bu dəfədə o, ölkəmizin məqsədini və eyni zamanda imkanlarını konqres iştirakçılarının diqqətinə çatdırdı. Hər şeydən əvvəl onu qeyd etdi ki, Qafqazda sülh üçün vaxt yetişib. Bu, həqiqətən də belədir. Doğrudur Azərbaycan bu müharibədə hərbi qələbə əldə edib. Amma dərindən düşünsə Ermənistan da uğur əldə edə bilər. Onlar öz murdar, çirkin niyyətlərinə qalib gəlməlidirlər. Anlamalıdırlar ki, reallığı qəbul etmədən nəinki inkişaf edə bilməzlər, hətta coğrafi cəhətdən mövcudluqlarını müzakirə masasına çıxara bilərlər.
Ağlamaqla, yalvarmaqla heç nəyə nail ola bilməyəcəklər. Necə ki ola bilməyiblər. Yeri düşmüşkən, bu günlərdə BMT nümayəndələri otuz illik fasilədən sonra Azərbaycanın Qarabağ iqtisadi zonasına səfər ediblər. Məqsəd ermənilərin “etnik təmizləmə cığırıqlarını” araşdırmaq idi. Amma nümayəndə heyyəti orda heç bir qanun pozuntusunu qeydə almadan qayıtdı.
Konqresdə İlham Əliyev ölkəmizdəki multukulturalizmdən danışdı. Zatən ölkəmiz həmişə belə olub: neçə -neçə xalqlar bir ailənin övladları kimi yaşayıblar. Köçənləri köçdü. İnanırıq ki, qalan ermənilərin başı daşdan - daşa dəyib. Onlar bir azda ağıllanacaq, bu multkulturalist ailənin bir üzvü olacaqlar.