Cənubi Qafqazın ən qüdrətli ordusunun Şanlı Zəfəri
Qönçə Məmmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
24 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti
Azərbaycan Silahlı Qüvvələri, Cənubi Qafqazın ən qüdrətli ordusudur. Silahlı qüvvələrin yaranma tarixi mayın 28 də 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bilmişdi, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu.
Doğma Azərbaycanımın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılmasına görə uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 27 Sentyabrında başlayan və 44 gün davam edən müharibədə düşmən üzərində qələbə çalan Azərbaycan Ordusudur. Bununla da Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti bərpa etdi.
Şəhidlərimizin qanı-canı bahasına, hərbiçilərimizin rəşadəti hesabına, Qazilərimizin qəhrəmanlığı hesabına Azərbaycanın şanlı qələbəsinin şahidi olduq. Azərbaycan Ordusu 44 günlük müharibədə bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan xalqı mərddir, onun qüdrətli ordusu var və bütün bunların önündə bizim Müzəffər Ali Baş Komandanımız, Vətənini, Xalqını sevən Prezidentimiz Cənab İlham Əliyev var.
Var olsun cənab İlham Əliyev!
Var olsun qüdrətli Azərbaycan ordusu!
Daima qələbə çalsın Cənubi Qafqazın ən qüdrətli ordusu!