Dünya dəyişir əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır

Dünya dəyişir əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır
Aşiq Mehdiyev
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin müəllimi
Prezident cənab İlham Əliyev mart ayının 14-də Gülüstan sarayında parçalanmış dünyanın bərpası mövzusunda XI Qlobal Bakı Forumunda çıxış edərək bildirmişdi ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.
Əgər ötən il mart ayında müzakirə etdiklərimizlə bu gün müzakirə etdiklərimizi müqayisə etsək nəzərəçarpacaq dəyişiklik baş verir. Biz bura əgər toplaşmışıqsa mütləq dünyada baş verən qlobal məsələləri müzakirə edib və öz fikirlərimizi bildirməliyik. Çünki bugünkü zamanda buna çox ehtiyac var. İlham Əliyev çıxışında demişdir ki, zənnimcə bu dəfə iştirakçıların sayı rekord həddədir. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Bu həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir. Prezidentimiz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri ilə görüşdükdən sonra müzakirələr apardı. O, bildirmişdi ki, bizim məqsədimiz bu Forumu bir ənənəyə çevirək. Çünki bu Forumda iştirak edən hər bir ölkənin nümayəndəsi dünyanın müxtəlif yerlərində qərar qərar qəbul edənlərin diqqətinə çatdırmaq üçün böyük işlər görür. Prezident çıxışında bildirdi ki, ötən görüşlərimizdən bu yana dünyada və regionumuzda çox hadisələr lokal xarakter kimi görünə bilər əslində isə zənnimcə onların daha geniş fəsadları var. Çünki bir il bundan əvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Bu həqiqətən çox ciddi geosiyasi dəyişiklikdir ki, fikrimcə həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcək.
Prezident çıxışında onu da vurğulamışdı ki, uzun illər ərzində biz müqayişələrin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. İkinci Qarabağ müharibəsindən əvvəl hər il burada keçirilən görüşlərimizdə biz hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT-nin qətnamələrinə əməl olunmaması barədə danışırdıq. Çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik. Biz ədalətin zəfər çalmasını istəyirdik, əfsuslar olsun ki, bu sülh yolu ilə baş vemədi. Münaqişənin sülh yolu ilə həll olunmamasının səbəbi Ermənistanın 1990-cı illərin əvvəlindən bu günə kimi müxtəlif kökümətlərin qeyri-konstruktiv mövqeyi idi. Dünyanın aparıcı ölkələri də bildirirdilər ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. Prezident bildirdi ki, biz bununla razılaşa bilərdik,ərazilərimizin 20 faizi separatçıların əlində idi biz bununla razılaşa bilməzdik. Biz bir halda hərbi yolla həllin olmadığı ilə razılaşa bilərdik ki, Minsk qurupu həmsədrləri dünyanın aparıcı ölkələri BMT işğalçı Ermənistan qüvvələrini bizim torpaqlarımızdan geri çəkilməyə məcbur etsinlər. Əgər BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilməsə əks halda münaqişə heç vaxt olunmayacaq.
Əfsuslar olsun ki, bizim münaqişəni sülh yolu ilə həlli tapmaq istiqamətində bütün cəhdlərimiz boşa çıxdı və uğursuz oldu. Münaqişənin hərbi siyasi həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi yollardan istifadə edilməlidir. İndi biz Ermənistanla sülhə çox yaxınıq. Cənubi Qafqaz müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Biz ədaləti və beynəlxalq hüququ özümüz bərpa etdik. Bizə heç kəs kömək etmədi, biz bunu özümüz etdik.
Biz güclü siyasi iradə nümayiş etdirdik. Çünki güclü hərbi potensialı və xalqın birliyi olmasa güclü siyasi iradə uğura apara bilməyəcək. Beləliklə biz 2020-ci ilin sentyabr noyabr aylarında onlara dərs vermək məcburiyyətində olduq və düşündük ki, bu dərs onlara kifayət edəcək və onlar başa düşəcəklər ki, xarici qüvvələrə güvənərək başqa ölkənin torpaqlarını işğal altında saxlamağın vaxtı bitib. 2020ci-il noyabr 10-da Ermənistan kapitulyasiyası aktına əsasən bizim işğal olunmuş torpaqlarımızdan işğalçı qüvvələri çıxarmaq öhdəliyini üzərinə götürdülər. Lakin 3il ərzində bunu etmədilər.
Buna baxmayaraq sonuncu antiterror əməliyyatı zamanı torpaqlarımızdan işğalçıları tamam ilə təmizlədik. Ərazi bütövlüyümüzü tam bərpa etdik. İndi Qarabağ məsələsi öz həlli tapdıqdan sonra biz sülh çox yaxınıq. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib. Hazırda biz Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası ilə məşğuluq və həmin layihəni texniki əsaslandırılması demək olar ki hazırdır. Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti öz bəhrəsini verir