Gülnarə Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT - nin sədri
Suraxanı rayonu 316 №-li tam orta məktəbin direktoru
Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. 1997-ci ildə Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında, ticarət-iqtisadi əməkdaşlığı haqqında sazişlərin imzalanmasına, tərəflərin iqtisadi sahədə münasibətləri genişləndirmək niyyətlərinə baxmayaraq, Azərbaycanla Qırğızıstan arasında iqtisadi münasibətlər elə də yüksək səviyyədə deyildi.
Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Müqaviləsinin 25 illiyi və ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana bu günlərdə baş tutan rəsmi səfəri çərçivəsində keçirilən həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri, iki ölkə arasındakı münasibətləri intensivləşdirmək əzmində olunduğu bir daha nümayiş olundu.Bu görüşlə bağlı Prezidentimiz mətbuata bəyanatında bildirdi ki, Azərbaycan və Qırğızıstan dost, qardaş dövlətdir: “Bu gün bizim münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə çatmasını qeyd etdi. On sənəd imzalanıb, bunların arasında ikisi-Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumdur. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlıq kökləyir. Azərbaycan Dövətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə müntəzəm müzakirə edəcək”
Cənab Prezident mətbuata bəyənatında beynəlxalq təşkilatlarda iki ölkənin daima bir-birini dəstəklədiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, Qırğızıstan və Azərbaycan Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təçkilatı, ECO çərçivəsində həmişə bir-birini dəsdəkləyir. Qırğız Respublikasının Prezidenti mətbuata bəyanatında iki ölkə arasında imzalanan sənədlərin əhəmiyyətindən danışdı,Qırğızıstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd etdi. Müvafiq Bəyannamə imzalandı. Bu tarixi xarakterli mühüm bir sənəddir. Və bu bizim münasibətlərimizin inkişafında yeni mərhələyə hər iki tərəfin səyləri sayəsində çatdığını bildirir.Bu bəyannamə ölkələr arasında qardaşlıq və dostluq əlaqələrini bundan sonra daha da möhkəmləndirəcək.