Cənubi Qafqazda sülh hələ ki, tam bərqərar olunmayıb

Cənubi Qafqazda sülh hələ ki, tam bərqərar olunmayıb

Məcid Rəsulov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 140 saylı tam orta məktəbin direktoru

Cənubi Qafqaz regionu tarixən bir çox dövlətlərin şəxsi maraqlarının kəsişdiyi bir regiondur. Azərbaycanın qərb qonşusu Ermənistandan fərqli olaraq digər qonşuları o cümlədən şimal-qərb qonşusu Gürcüstanla tarixə söykənən dostluq, mehriban qonşuluq münasibətləri olmuşdur. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də belədir. Bu, həm ölkələrimiz üçün, həm bütün bölgə üçün çox vacibdir.

SSRİ-i dağıldıqdan sonra Ermənistanın qonşu ölkələrə qarşı əsassız ərazi iddiaları, həmçinin Azərbaycanın ərazilərini işğal etməsi, regionda uzun müddət işğalçılıq, terrorçuluq əməllərinin hökm sürməsinə zəmin yaratmışdır. Bu da öz növbəsində bütövlükdə Cənubi Qafqaz regionu ölkələrinin iqtisadi cəhətdən inkişafına maneələr törətmişdir. Azərbaycanisə  öz iqtisadi və təbii resurslarının potensialı hesabına bir sıra beynəlxalq və regional layihələr həyata keçirməklə təkcə özünün deyil, regionun iqtisadi inkişafına öz töhvələrini vermişdir.

Oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.  "Təbii ki, bu gün Gürcüstan və Azərbaycan qat-qat daha inkişaf etmiş ölkələrdir”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşdən sonra mətbuata bəyanatda deyib. Dövlət başçısı onu da bildirib ki, ancaq çağırışlar demək olar ki, eynidir, problemlər eynidir: “Cənubi Qafqazda sülh hələ ki, tam bərqərar olunmayıb. Bu gün cənab Baş nazirlə söhbət əsnasında, o cümlədən bu məsələyə də toxunduq. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb”.

Eyni zamanda Energetika sahəsində ənənəvi sahələrdən başqa bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da biz iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırmasının hazır olacağı vurğulandı.

Ölkə başçısının bu səfəri də Azərbaycan-Gürcüstan mövcud əlaqələrinin genişlənməsinə və inkişafına tövhə verəcək. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.

Ölkə Prezidentinin Gürcüstan səfərində səsləndirilən bu və digər fikirlər bir daha iki ölkə arasında əlaqələrin daha da inkişafına zəmin yaradacaq.