Xocalı soyqrımının günahkarları təşkilatçıların və icraçıların layiqli cəzalarına çatmalıdırlar
Könül İsmayılova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı Rayonu, 163 saylı körpələr evi və uşaq bağçasının müdirəsi
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt ediblər. Hücumdan əvvəl fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26 -sı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.
Bu qırğın nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan 63 uşaq 106 qadın 70 qoca 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq valideylərindən birini itirmişdir. 487 nəfər yaralanmışdır. Onlardan 76-sı uşaq olmaqla, 1275 nəfər əsir götürülmüşdür. 150 nəfər isə itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixində olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulmuşdur. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır.
Xocalı soyqrımının günahkarları təşkilatçıların və icraçıların layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təssüf ki XX əsrdə soyqrım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.
Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir. Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər.Erməni silahlı quvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heçnə göturməmişdilər.
Xocalıdakı dağıntılar artilleriya hücumunun olduğunu təsdiq edir, onlar gərgin küçə döyüşləri nəticəsində yaranan dağıntı və zədələnməyə bənzəmirdilər. Sonuncu müdafiə nöqtəsi saat yeddidə məhv edildi. Əhali Xocalını tərk etməyə başladı. Beləliklə mülki əhalinin əksər hissəsi Xocalını tərk etdi təxminən 200-300 nəfər öz evlərində və zirzəmilərdə gizlənərək Xocalıda qaldı. Xocalı şəhərinin dağılması, insanların həlak olması, yaralanması urəyimizdə dərin hisslər buraxdı. Bəli, Şəhidlər torpağı vətənə çevirirlər. Şəhidlərin qanı yerdə qalmadı.