Bələdiyyələrin statusunun artırılması, fəaliyyət sferalarının genişləndirilməsi hər birimiz üçün prioritet məsələ olmalıdır
16.01.2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Bülbülə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov bildirdi ki, Azərbaycanda yerli özünü idarəetmə orqanı olan bələdiyyələr legitim və nüfuzlu bir qurum kimi özünə layiqli yer, status qazana bilmişdir. Yerli təşkilatın sədr müavini bir daha vurğulamışdır ki, bələdiyyələrin statusunun artırılması, fəaliyyət sferalarının genişləndirilməsi hər birimiz üçün prioritet məsələ olmalıdır.
Daha sonra çıxış edən Suraxanı rayonu Bülbülə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri Natiq Həsənov, Günay Bağırova-Babazadə, Nəsib İsmayılov, Bahar Mehdiyeva, Hökümə Muxtarova və digərləri çıxış edərək bildirdilər ki, bələdiyyələrin qanunlara uyğun olaraq bələdiyyə proqramlarını hazırlama və əhaliyə xidmət göstərmə sərbəstliyi vardır. YAP namizədləri seçildikləri təqdirdə qanunun verdiyi imkanlar daxilində əhaliyə xidmət göstərmək istiqamətində fəal işləyəcəklərini bildiriblər.
16.01.2025-ci il tarixdə eyni zamanda da bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Qaraçuxur və Əmircan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.
Seçicilərlə səyyar görüşlər Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “D” yaşayış sahəsi, 3-cü binanın, Yeni Günəşli “D” yaşayış sahəsi, 21-ci binanın qarşısında namizədlər İxdiyar Nəcəfovun, Arif Şahmuradovun, Mirvari Quliyevanın, Rəşad Rzayevin, İlham Mirzəyevin və Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsində namizəd Rəşad Yusifovun iştirakı ilə keçirilmişdir.
YAP-ın namizədlərinə böyük maraqla müşahidə olunan səyyar görüşlərdə sakinləri maraqlandıran məsələlər müzakirə olunmuşdur.
Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.