Bu səfər Misir - Azərbaycan əlaqələrin inkişafına daha da təkan verəcək

Bu səfər Misir - Azərbaycan əlaqələrin inkişafına daha da təkan verəcək
Leyla Əliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin direktoru
Ölkələrimiz arasındakı siyasi əlaqələr çox yaxşı səviyyədədir.  Bu əlaqələr bundan sonra da davam etdiriləcək. Beynəlxalq məsələlərdə də bizim fikirlərimiz üst üstə düşür. Biz BMT, Qoşulmama Hərəkatı, İslam Əmıkdaşlıq Təşkilatı çərçivəsində birlikdə fəal çalışırıq. İslam həmrəyliyinin güclənməsində də birgə səylər göstəririk. Azərbaycanın Qoşulmama Hərəkatına dörd il sədrlik etməsində Misirin dəstəyi olmuşdur, və Hərəkat daha böyük uğurlar qazanmışdır.

Fələstin - İsrail münasibətlərinin tənzimlənməsi və Fələstin  Dövlətinin yaradılması hər zaman Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə diqqət mətkəzində olmuşdur. Bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır.

Qəzzadakı faciə dayandırılmalıdır və bütün problemləri danışıq yolu ilə həll etmək lazımdır. Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədrinin müəyyənləşməsində uğurlar var. 12.7 kilometr dövlət sərhəddi  razılaşdırılmışdır.

Danışıqlar prosesində müəyyən irəliləyişlər var. Otuz ildən çox erməni işğalı altında olmuş Qazax rayonunun  dörd kəndi danışıqlar yolu ilə Azərbaycana qaytarımışdır. Keçən ilin sentyabrında Azərbaycan öz suverenliyinin və ərazi bütövlüyünü tam olaraq bərpa etmişdir. Azərbaycan - Ermənistan şərti sərhəddində iki ilə yaxındır ki atəşkəs pozuntusu müşahidə olunmur, sakitlikdir.

Ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. İmzalanmış sənədlər ticat dövriyyəsini daha da artıracaqdır. Əsasən energetika, bərpa olunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium  sənayesi, sahələrində və digər sahələrdə uğurlu nəticələr əldə etmək memkün olacaqdır.

Şərq - Qərb və Şimal - Cənub nəqliyyat dəhlizlərindən keçməsi ilə əlaqədar Azərbaycanda bunun üçün bütün infrastrukturların yaradılmışdır. Nəqliyyat logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmışdır.