Qəndaf Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 290 nömrəli tam orta məkəbin müəllimi
Ağdam Şuşa yolunun üstündə, uca dağların qoynunda, yamyaşıl meşənin içində Xocalı adlı kiçik bir şəhər var idi. Bu şəhərin əhalisinin sayı 7 minə çatırdı. 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə insanlıq adına ləkə olan ermənilər bu gözəl şəhəri yer üzündən sildi. Gecənin qaranlığında rus və erməni hərbi birləşmələri tank və zirehli texnikanın köməyilə şəhəri viranəyə çevirdilər. Dinc əhali təlaş içində müxtəlif istiqamətlərə səpələndi. İnsanların çox böyük bir hissəsi həlak oldu. Sağ qalanlar düşmən əlinə keçmək üçün dağlara, meşələrə üz tutdular. Beləcə, bu şəhər elan olunmamış Qarabağ müharibəsinin qanlı səhifələrindən birinə çevrildi. Onları Xocalıda törətdikləri vəhşiliklərin amansızlığına görə heç nə ilə müqayisə etmək mümkün deyil. Ermənilər öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qodular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini məzlum, yazıq, türklərin təqibinə məruz qalan bir xalq kimi təqdim edən ermənilərin xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi.
Azərbaycan xalqı öz ərazisində təhqirlərə məruz qaldı. İşğalçılar heç kimə: nə uşağa, nə cavana, nə qocaya rəhm etdilər. Qaçaraq canını qurtarmaq istəyənləri isə ya pulemyot atəşilə susdurur, ya da tankın altında əzirdilər. Yer, göy və ətrafda nə varsa, hamısı anaların nalələrinə qoşularaq Xocalı şəhidlərinə sızıldayaraq yas saxladı o gecə. Heç düşmənə bunu bağışlamaq olardımı? Biz sülhsevər bir xalqıq. Heç vaxt başqasının malında, mülkündə, torpağında gözümüz olmayıb. Axırıncı tikəmizi hamı ilə bölüşməyə hazır olmuşuq. Bağışlamağı da bacarmışıq. Lakin bu dəhşəti, bu ədalətsizliyi bağışlamaq olmazdı.
“Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”-deyən Ulu Öndər Heydər Əliyev sərəncamı ilə 24 fevral 1994-cü ildə Milli Məclis “Xocalı soyqırımı haqqında” qərar qəbul etdi.
Elə o dövrdə müxtəlif xarici ölkələrin nüfuzlu mətbuat orqanları da Xocalı həqiqətlərini öz səhifələrində işıqlandırmağa başladı. Onlardan bir neçəsinə nəzər salaq.
-“Sandi Tayms” qəzeti (London) 9 mart 1992
“Ermənilər Ağdama tərəf gedən dəstəni gülllələmişlər” Azərbaycanlılar 1200-ə qədər meyit saymışlar”
-“İzvestiya”(Moskva) 4 mart 1992
“Videokamera qulaqları kəsilmiş uşaqları” göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin snalpları götürülmüşdür”.
-R.Patrik. İngiltərənin “Fant, men nyus” teleşirkətinin jurnalisti: “Xocalıdakı faciələrə dünya ictimaiyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz. və s.
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə Ümumimilli lider Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da sükut dəqiqəsi elan edildi.
Dünya ölkələrilə aparılan davamlı işin nəticəsi olaraq bir çox dövlətlərin: Bosniya, Herseqovina, Kolumbiya, Meksika, Pakistan, Panama, Amerikanın 30-dan çox ştatının (siyahını uzatmaq da olar) qanunvericilik qurumları səviyyəsində Xocalı soyqırımı tanınıb.
Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük anti-terror əməliyyatı keçirildi. Düşmənin 30 ildə qurub yaratdığı istehkam xətləri darmadağın edildi. Xocalı şəhəri 2023-cü ildə sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli anti-terror tədbirləri nəticəsində azad edildi. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Bu gün Xocalı azaddır. Küllərindən doğulan Simurq quşu kimi Xocalı da küllərindən baş qaldırıb öz xöşbəxt günlərini yaşamaq üçün sakinlərinin yolunu gözləyir. Şübhəsiz, onun sakinlərinə, sakinlərinin də ona deyiləsi sözləri çoxdur.
Yaddan çıxarmamalıyıq ki, gözəl vətənimizə göz dikən, xalqımızın qanına susayan, erməni adlı əbədi düşmənimiz var. Biz torpaqlarımızı yağmalamağa hər an fürsət axtaran qarı düşmənin gələcək fitnə-fəsadlarının qarşısını almağa həmişə hazır olmalıyıq.