Azərbaycan informasiya – kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrin biri olduğunu təsdiqlədi
Ayşat Qasımova
YAP Suraxanl rayon təşkilatının üzvü
Suraxanı rayonuI, 118 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan bu gün bir çox dünya ölkələrinin diqqət mərkəzindədir. Bu, həmin ölkədir ki, zəfəri ilə güclü iqtisadiyyatı, yüksək diplomatik münasibətləri ilə ən böyük tədbirlərə ev sahibliyi etməklə öz gücünü, qüdrətini bir daha nümayiş etdirir. Çünki o dünya tarixinə, hərb tarixinə adını yazdıracaq işlər görür.
Hər bir tədbirin, konfransın da ən önəmli tərəfi elə tariximizi dünyaya tanıtmaq üçün önəmli platforma olmasıdır. Belə dünya əhəmiyyətli tədbirlərdən daha biri oktyabrın 2- də Bakı Konqres Mərkəzində öz işinə başladı. Beynəlxalq Astronavtika Konqresinin açılışı mərasimidir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Mehriban xanım Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər. Eyni zamanda tədbirdə Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri də iştirak etdi, tədbir haqqında məlumat verdi.
Cənab Prezident konqresdəki çıxışı ilə Azərbaycanı, onun xalqını, tarixini və mədəniyyətini daha yaxından tanımaq imkanı olacağını bildirdi. Qeyd etmək lazımdır ki, Azərbaycanda kosmik sənayenin inkişafının təməlini Ulu Öndər Heydər Əliyev qoyub. 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi bunun bariz nümunəsidir.Xalqımiızın yüksək intellektual potensialı ilə yanaşı texniki potensialını da bütün dünyaya nümayiş etdirib .Ulu öndərin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.
Son 5 ildə ölkəmiz 3 peykə sahib olub və Azərbaycanı Azərbaycanı dünya kosmik klubunun fəal üzvünə çevirib. Bununla da Azərbaycan informasiya – kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrin biri olduğunu təsdiqlədi. Çünki bütün səylər beynəlxalq , əməkdaşlığa ,proqnozlaşdırmaya və eyni zamanda ölkəmizin uğurlu iqtisadi inkişafına xidmət edir.
“Üç il əvvəl biz təxminən 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik”deyərək bir daha Azərbaycan həqiqətlərini dolğun, dəqiq rəqəm və faktlar və rəqəmlərlə dünya ictimaiyyətinə bəyan etdi. Xalqımızın güclü siyasi iradəsini əzmkarlığını, suverenliyimizin tam tam bərpası arzularını diqqətə çatdırdı. Bəli, bu gün biz suveren ölkəyik, hər hansı beynəlxalq təşkilatın yox,xalqın igid övladlarının canını fəda etməsi ilə nail olduğu qalib ölkəyik .Bu gün biz göstəririk ki, həqiqətən müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır .Gənc ölkə üçün belə bir ev sahibliyi böyük uğurların bir hissəsidir.
Ölkə, cəmiyyət olaraq qürur hissi keçirməliyik ki ,bütün bəşəriyyət naminə qətiyyətli ismarış olan birlik ,sülh və əməkdaşlığı çatdırmaq üçün biz Azərbaycanın səsi olmağı bacarırıq...