Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov anım günündə ehtiramla yad edilib
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov anım günü münasibətilə təhsil aldığı və adını daşıyan Suraxanı rayonu 154 nömrəli tam orta məktəbdə ehtiramla yad edilib. 08 may 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, təşkilatın əməkdaşları, bir qrup gənc üzvü, 154 nömrəli tam orta məktəbin müəllim – şagird kollektivi, şəhid ailələri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım günü münasibətilə abidəsini ziyarət etmiş, abidə önünə güllər düzülmüş və dualar oxunmuşdur.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir. Məktəbin şagirdləri şəhidin məzarı önündə şeirlər söyləmişlər.