Azərbaycanın inkişafında, ictimai-siyasi həyatında, ölkədə keçirilən tədbirlərdə gəncliyin rolu getdikcə artmaqdadır
JALƏ QİBLƏLIYEVA
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Hər bir Azərbaycan gənci müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir. Ümummilli Liderimizin imzaladığı bir çox sərəncamlar da zamanında gənclər hərəkatının hərtərəfli inkişafına geniş imkanlar yaradıb.
Hazırda gənclik, cəmiyyətin ən aktiv təbəqəsidir. Azərbaycanın inkişafında, ictimai-siyasi həyatında, ölkədə keçirilən tədbirlərdə gəncliyin rolu getdikcə artmaqdadır. Müasir dövrümüzdə də Azərbaycan dövləti, şəxsən Prezident cənab İlham Əliyev cənab gənclər üçün böyük işlər görür, gənclərə bütün sahələrdə yüksək etimad göstərir. Bu gün cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada gənclər layiqincə təmsil olunmasınlar.
Azərbaycan vətəndaşları və gəncləri gələcək həyatını düzgün müəyyən etmək üçün fəal olmalıdırlar. “Bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik” - Prezident vurğulayıb. Gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, bir sıra təşkilatlarda rəhbər vəzifələrdə çalışır, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər.
Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda çoxlu sayda Olimpiya İdman Komplekslərinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.