Arzu Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbin direktoru
Müasir Azərbaycan respublikasının son iyirmi illik tarixini böyük, uğurlar qələbələr dövrü adlandırmaq olar. Bu tarix 15 oktyabr 2003-cü ildən başlanır. Müstəqil dövlətimizin qurucusu Ümumilli lider Heydər Əliyevin davamçısı, onun zəngin siyasi fəaliyyətindən, yüksək idarəçilik qabilliyətindən böyük təcrübə toplayan cənab İlham Əliyev bu iyirmi il ərzində xalqının, dövlətinin, vətəninin rifahını yaxşılaşdırmaq üçün əlindən gələni etmiş, böyük layihələrə imza atmışdır.
Hələ Moskva Dövlət Beynəlxalq Münasibətlər İnistutunda müəllimlik edərkən, bu peşə onun gələcək iş həyatında həm məsuliyyətli və həmdə peşəkarcasına yanaşmasında böyük rol oynamışdır. Müəllimlik sənəti cənab İlham Əliyevi peşəkarlaşdırmış və özünü müxtəlif sahələrdə sınamasına yol açmışdır. O, həm biznes sahəsində, sonralar isə işini Dövlət Neft şirkətində fəaliyyətini davam etdirmişdi. Yüksək peşəkarlıqla yanaşı, düzgün idarəçilik qabiliyyəti və zəngin biliyi onu Azərbaycan xalqına sevdirmiş və bunun nəticəsi olaraq 2003-cü il oktybarın 15-də Ümumxalq səsverməsi yolu ilə Prezident seçilən İlham Əliyev ölkənin inkişafı üçün əlindən gələni əsirgəmədi. İyirmi illik fəaliyəti dövründə onun qarşısında duran mühüm və vacib olan məsələ torpaqlarımızın işğaldan azad edilməsi idi. Bunun üçün həm güclü iqtisadiyyata, həm də güclü orduya sahib olmaq çox vacib idi. Həmçinin əsas məsələlərdən biridə qonşu dövlətlərlə düzgün, etibarlı münasibətlər qurmaq lazım idi.
Ölkə başçısı ilk növbədə məsələnin həllini daxildən həyata keçirməyə başladı. Cənab İlham Əliyev həm sosial-iqtisadi və mədəni həmçinin ordu quruculuğu sahəsində mühüm sərəncamlar imzaladı, qərarlar qəbul etdi. Sosial-iqtisadi baxımdan Azərbaycanın regionlarında və mərkəzdə yeni quruculuq işlərinə başlanıldı. Bu işlərin həyata keçirilməsi üçün milyonlarla manat vəsait ayrıldı. Əhalinin vacib təlabatlarından olan su təchizatı yeniləndi və bu ehtiyac aradan qaldırıldı. Buna Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi olmuşdur ki, bu da mərkəzdə əhalinin su ilə təminatını yaxşılardırdı. Ölkə ərazisində yaşayan minlərlə qaçqın və köçkünlərin həyat şəraitini, maddi durumunu yaxşılaşdırmaq üçün mühüm addımlar atıldı. Onları normal evlər, mənzillərlə təmin etmək istiqamətində mühüm proqramlar qəbul edildi.
Cənab İlham Əliyev hakimiyyətdə olduğu dövrdə hər sahədə qələbə və birincilik əldə edən dövlət başçısıdır. O, Azərbaycanın milli strateji məhsulu olan Neft və qaz sahəsində uğurlu layihələr həyata keçirmişdir. Ulu öndərin 1994-cü ildə həyata keçirdiyi “Əsrin müqaviləsi“ kimi nəhəng layihəsinin davamçısı cənab İlham Əliyev oldu. Buna misal olaraq “Bakı,Tibilisi-Ceyhan”neft kəmərinin açılışı. ”Bakı –Tibilisi-Ərzurum” qaz kəməri, TANAP və.s kimi qaz arteriyalarını misal gətirmək olar. Həmçiinin üç il öncə Trans Adriatik qaz boru kəmərinin işə salınması ilə ölkəmiz Avropaya qaz ixracını həyata keçirtdi.
Bu inkişaf digər sahələrdə də çox sürətlə gedirdi. Mərkəzdə və regionlarda nəqliyyatın rahat hərəkəti üçün körpülərin salınması, yolların təmiri və ölkə ərazsində 8 beynəlxalq hava limanının istifadəyə verilməsi buna misaldır. Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü əhaliyə, vətəndaşlara yüksək xidmət göstərilməsi üçün “Asan xidmət” mərkəzi açıldı və bu çox böyük bir layihə idi.
Cənab prezident mədəniyyətimizin milli adət və ənənələrinin qorunmasında, ana dilinin, musiqimizin inkişafında əsaslı islahatlar aparmış, tarixi abidələrimizin, teatr-kino sahəsinin inkişafı üçün mühüm sərəncamlar imzalamışdır və bu inkişaf sayəsində Azərbaycan dövləti sivilizasiyalı dövlət kimi tanınır. Cənab İlham Əliyevin güclü siyasi liderlik bacarığı Azərbaycanı dövlətlərarası münasibətlərdə mövqeyini dahada möhkəmləndirdi. Həm iqtisadi və həm də diplomatik əlaqələrdə yeni uğurlar əldə edildi. Azərbayacan bir sıra Beynəlxalq təşkilatlara üzv oldu. Bunun nəticəsi kimi Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmağa başladı.
Cənab prezidentimiz İlham Əliyev iyirmillik siyasi fəaliyyəti dövründə ordu quruculuğu sahəsinə də böyük diqqət ayırmışdı. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə yaradılan nizami ordunu cənab İlham Əliyev daha da təkimləşdirmişdir. Azərbaycan ordusu müasir silahlarla təchiz olunmuş, texnika yenilənmiş, hərbiçilərin həyat səviyyəsinin yüksəldilməsinə diqqət artırılmış, döyüş təyyarələrinin moderləşdiriməsi həyata keçmişdi və bu diqqətin nəticəsi 2016-cı ildə Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində əldə edilən qələbələrdə özünü göstərdi. Cənab İlham Əliyevin güclü siyasəti uzaqgörənliklə qəbul etdiyi qərarlar 30 illik həsrətində olduğumuz torpaqlarımızın işğaldan azad olmasına, Azərbaycanın itirilmiş torpaqlarının bərpasına, bütövləşməsinə yol açdı.
Cənab prezdentimizin güclü siyasəti nəticəsində özünün də qeyd etdiyi kimi “Bu günki Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır. Bizim siyasətimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir”