Azərbaycan və Türkiyə arasında unikal münasibətlər toplusu xalqlarımız var olduqca yaşayacaq

Azərbaycan və Türkiyə arasında unikal münasibətlər toplusu xalqlarımız var olduqca yaşayacaq

Şaiq Səfərov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayon İcra Hakimiyyəti Aparatının Layihə Smeta Bürosunun rəisi

Türkiyə Azərbaycan üçün əsl dost, qardaş münasibətini bütün dünyaya açıq-aydın bəyan etdi. İkinci Qarabağ müharibəsi dövründə torpaqlarımızın azadlığı uğrunda bizim əsgərlərimizlə mənəvi cəhətdən bir səngərdə dayandılar. Qələbəni bizimlə bərabər qeyd etdi və bu yaxın tarixdə Rəcəb Tayyib Ərdoğanı yenidən seçkilər də qalib gəlmə xəbərini də biz dövlət olaraq birgə qeyd etdik. Türk dünyası həmişə güclü və yenilməzdir. Bu birlik, yəni Azərbaycan-Türkiyə qardaşlığı bütün dost olamyan dövlətləri qorxuya saldı.                                                                                     

Prezident möhtərəm Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalibiyyətdən sonra ilk səfəri məhz Azərbaycana etməsi dünyaya bir ismarıc oldu. Şimali Kipr Türk Cümhuriyyətindən birbaşa Azərbaycana uçması da Türk dünyasının gələcəyi üçün tarixi əhəmiyyətə malikdir. Səfər zamanı hər iki prezidentin birgə açıqlamaları səfərin nə dərəcə önəmli olduğunu sübut etdi. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan Şuşa bəyannaməsini Prezident İlham Əliyev çıxışında bir daha xatırlatdı. Tarixi anlaşma olan Şuşa bəyannaməsi Türkiyə və Azərbaycanın rəsmən müttəfiq olduğunu təsdiq edir. Prezident çıxışında faktiki olaraq uzun illər müttəfiqlər kimi fəaliyyət göstərdiklərini, ancaq bəyannamənin bunu rəsmi sənətə çevirdiyini qeyd etdi. Rəcəb Tayyib Ərdoğan isə Türkiyənin Şuşada baş konsulluq açmağa hazır olduqlarını bəyan etdi. Dövlətlərimiz həm siyasi, həm elm və təhsil, həm də hərbi sahədə uğurlarımız daim bərabər olacaq. İnşallah daha böyük layihələrə imza atılacaqlar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçkilərində qalib gələrək Türkiyənin 13-cü prezidenti seçildi. O, ilk səfərini də məhz Azərbaycana etdi. İyunun 13-də Rəcəb Tayyib Ərdoğan Bakıya gəldi. Hesab edirəm ki, 2021-ci ilin iyunun 15-də imzalanmış Türkiyə Azərbaycan Şuşa Bəyannaməsi daha da inkişaf etdiriləcək və Türkiyə Azərbaycana daha böyük dəstək verəcək. Bir məqamı da unutmaq lazım deyil ki, yalnız Türkiyə Azərbaycana dəstək olmur. Eyni zamanda da Azərbaycan artıq inkişaf edib və bütün sahələrdə Türkiyənin yanındadır. Bu gün bizim birbaşa Türkiyə ilə sıx, qardaşlıq səviyyəsinə qalxan münasibətlərimiz qurulub. Azərbaycan və Türkiyə arasında unikal münasibətlər toplusu xalqlarımız var olduqca yaşayacaq.

Reallıqdır ki, Azərbaycan Türkiyə üçün başda iqtisadi və siyasi sferalar olmaqla bir çox istiqamət üzrə əvəzolunmaz tərəfdaşdır. Enerji infrastrukturu və Orta Asiya ilə əlaqəyə imkan verən nəqliyyat dəhlizi Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyətini artıran başlıca səbəblər sırasındadır. Son vaxtlar Avropanın önəmli enerji təminatçılarından birinə çevrilən Azərbaycan Türkiyə və Orta Asiya türk dövlətlərini birləşdirən, eyni zamanda qarşılıqlı inteqrasiya üçün şərait yaradan mərkəz rolunu oynayır. Məhz bu rol Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin inkişafına, dostluq və qardaşlığın sağlam təməllər üzərində inşa edilməsinə təkan verir. Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Şuşa bəyannaməsi isə müttəfiqliyimizin, qardaşlığımızın ən yüksək səviyyədə olmasını təsdiqlədi.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk” fikirləri bir daha təsdiqləyir ki, “bir millət, iki dövlət” siyasi-fəlsəfi yanaşmasını, dövlətlərin, cəmiyyətlərin vəhdətini heç bir kənar qüvvə poza bilməz.