Azərbaycan tək Avropa üçün deyil, həmçinin dünya üçün strateji enerji tərəfdaşı olacaqdır
Könül Hümbətova
16 saylı Uşaq Poliknikasının baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində "Avropa İttifaqı ölkələri bizim üçün əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir” demişdir.
Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı etimadın artdığını qeyd edən ölkə başçısı bunu çox yüksək qiymətləndirib. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün qeyri-neft ixracının artırılması sahəsində də böyük rol oynayacaq.
Prezident İlham Əliyev Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, ölkəmizi birləşdirən dəmir yolları olduğunu da xatırladıb. Ölkə rəhbəri bu geniş infrastrukturun enerji qədər mühüm önəm daşıdığını qeyd edərək, belə bir şəraitinAvropa İttifaqı ilə Azərbaycan arasında ticari tərəfdaşlığa müsbət təsir göstərdiyini bildirib.
Avropa ölkələrinin Azərbaycana marağı son vaxtlar daha da artmaqdadır. Azərbaycanın düşmən tapdağından azad etdiyi torpaqlar və göstərdiyi şücaətlər bütün dünyaya səs saldı. Artıq dünya ölkələri Azərbaycanın gücünə güc qatdığını aydın şəkildə gördü.
Praqa zirvə toplantısında Prezident İlham Əliyev iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumundan bəhs edərkən bildirib ki, hazırkı dövürdə Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Bundan əlavə Avropa İttifaqı ölkəmiz üçün önəmli tərəfdaşdır və yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır.
Ölkəmizin həm qazı, həm nefti, həm də elektrik enerjisi Avropa qitəsinə ixrac ediləcəkdir. Bu istiqamətdə işlər sürətlə davam etdirilir. Yaxın 6-7 ay ərzində bu sahədə də çox ciddi irəliləyiş olacağı gözlənilir. Azərbaycan tək Avropa üçün deyil, həmçinin dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır.
Azərbaycan üçün Nəqliyyat sahəsində də əməkdaşlıq üçün yeni imkanlar yaradılmışdır. Çünki ölkəmizincoğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün də çox vacibdir. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir.
Dövlət başçısı Praqa görüşündə çıxışı zamanı əlavə edib ki, indi yeni qaz yataqları istismara düşür. Mövcud qaz yataqlarından isə hasilat dahada artırılacaq. Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunmasının böyük həcmdə təbii qaz ehtiyatı yaradacağınıda qeyd edib.