Azərbaycan nəinki Avropa, həmdə dünya üçün çox önəmli strateji enerji tərəfdaşı olacaq

Azərbaycan nəinki Avropa, həmdə dünya üçün çox önəmli strateji enerji tərəfdaşı olacaq

Məhəmmədəli Axundov

Bakı Dövlət Universitetinin III kurs tələbəsi

YAP Suraxanı rayon təşkilatının fəal gənci

Hal-hazırda dünyada, xüsusən də, Avropada tanınan və tez-tez adı çəkilən ölkələrdən biri də Azərbaycandır. İstər idmanda, istər döyüş meydanında, istərsədə siyasət meydanında uğurla addımlayırıq. Təbii ki, bu yöndə Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi rolu vardır. Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar beynəlxalq aləmdə təqdir olunur. Praqada keçirilən Ermənistanın baş naziri Paşinyan ilə rəsmi və qeyri-rəsmi görüşlərdə belə cənab prezidentin təmkinliyi diqqətimi daha çox cəlb etdi. Hətta Prezidentin çıxışında sülhə yavaş-yavaş yaxınlaşırıq deməklə, qalib ölkənin hərbi gücdən öncə diplomatik yollarla prosesi həll etməsi, Azərbaycan Respublikasının regionda sülhü bərpa etmək arzusundan xəbər verir. Bizim tərəfdən elan edilən beş prinsiplə bağlı kimsənin - nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Artıq Ermənistan dərk edir ki, müəyyən prinsiplərin qəbul etmək onlar üçün daha faydalı olacaqdır.

Hazırda dünyada bir çox proseslər baş verir. Qərbin və Şərqin təzyiqi birbaşa regionumuza da sirayət edir.  Ölkəmizin uğurla həyata keçirdiyi islahatlar nəticəsində həm şərqdə, həmdə qərbdə hər tərəfli inkişaf və əməkdaşlığa yol açır. Neftin dünyaya ixracı, ticarət əhəmmiyyətli yolların ölkəmizdən keçməsi və ölkələrlə qarşılıqlı əməkdaşlıq  həyata keçirmək hər bir ölkənin uğurudur. Hətta cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Yeni geo-siyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyin təmin olunması önəmli məsələdir və bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir.

Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi neftini dünya və Avropa bazarlarına ixrac edir. Son illərdə tələbatın artması ölkəmizin ən uğurlu iqtisadi yüksəlişindən xəbər verir. Bizim həm qazımız, həm neftimiz, eyni zamanda elektrik enejimizin də Avropa qitəsinə ixrac edəcək qədər ehtiyatımız mövcuddur. Azərbaycan nəinki Avropa, həmdə dünya üçün çox önəmli strateji enerji tərəfdaşı olacaq. Avropa siyasi birliyi Zirvə Toplantısında Azərbaycanın Avropa ailəsinə dəvət edilməsi bir ölkə üçün ən böyük uğurlardan biridir.

Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox. Həqiqətən bu rəqəmlər böyük önəm kəsb edir. İxracatı artırmaqla, ölkəmizin iqtisadiyyatında böyük dəyişikliklər baş verəcək. Təbii ki, ölkə başçımızın qeyri-neft sektoruna istiqamətlənmiş islahatlarından bəhs etməmək mümkün deyil. Hər iki hal da inkişafdan birbaşa xəbər verir.

Praqada qardaş ölkənin prezidenti ilə də görüşdə səmimi görüntülər müşahidə olundu. Bu bir daha bir çox məsələlərdə mühüm rol oynayır. Ölkəmizin üç rəngli bayrağı dünyada dalğalanması məndə qürur hissi yaradır. Ölkəmin gündən-günə inkişafı ehtiyatlarımızın ixracatı ilə yanaşı gələcək nəsillərədə ötürülməsi, ən önəmli məqamlardandır ki, prezidentimiz tərəfindən buna daha çox önəm verilir.

Bərpa olunan enerji növlərinin istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatını yaradır. Bir daha görülür ki, detallar incəliyinə kimi düşünülüb və bu ərsəyə gətirilib. Bu qədər nailiyyətləri əldə etmək heçdə asan iş deyil. Biz bunları dərk etməli, amalımız uğrunda savaşmalıyıq. Ölkəmizin keçirdiyi uğurlu islahatları dəstəkləməli, xain birləşmələrin bizə qalib gəlməməsi üçün çalışmalıyıq. Əlbəttə ki, gözü götürməyən müəyyən qüvvələr olacaq. Amma bu durumda durmadan mübarizə aparmalı, hakimiyyətimizi dəstəkləməliyik. Çünki Biz birlikdə güclüyük!