Güllər Məmmədli
YAP Suraxanı rayon təşkilatının fəalı
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin direktor müavini
Hər ölkənin tarixində, mədəniyyətinin inkişafında böyük ziyalıların, görkəmli şəxsiyyətlərin rolu böyükdür, xidmətləri danılmazdır. Onlar öz həyat yolunu Azərbaycan Respublikasının inkişafına, çıçəkili gələcəyinə həsr edəcək hər zaman müstəqilliyimizə, dövlətçiliyimizə böyük töhfələr vermişlər. Azərbaycan tarixində, mədəniyyətində və inkişafında silinməz iz buraxmış Ulu Öndər Heydər Əliyevin adı bu şəxsiyyətlər arasında ən ön sıradadır. Heydər Əliyev uzaqgörən siyasəti, böyük quruculuğu ilə tariximizdə dərin iz buraxmaqla yanaşı, mədəniyyətimizin, elmin inkişafında da xidmətləri misilsizdir.
Heydər Əliyev təhsilin, cəmiyyətin, xüsusən də müstəqil dövlətin inkişafındakı rolundan, əldə olunmuş uğurlu nəticələrin əhəmiyyətinin düzgün qiymətləndirməsi zərurətindən danışarkən deyir: “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və onillərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.”
Azərbaycan elmi XX əsrin 70-ci illərindən sonra sürətlə inkişaf etmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər isə bu cəhətdən xüsusilə seçilir. Azərbaycan elminin, ziyalılarının ən çox inkişaf etdiyi dövr bu dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Elmin, elm ocağının yeni yüksəlişi məhz Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan Elmlər Akademiyası onun böyük təşkilatçılıq istedadı nəticəsində XX əsrin 70-ci illərində dünyada şöhrət qazandı, maddi-texniki bazasını möhkəmləndirdi, kadr potensialını yaratdı.
Ulu Öndər bütün ictimai-siyasi fəaliyyəti boyunca tarixə, ədəbiyyata, mədəniyyətə, ümumilikdə ziyalılarımıza yüksək qiymət və əhəmiyyət vermiş, onların xalqın mənəvi həyatında oynadığı rolu layiqincə dəyərləndirmişdir. O, öz xalqını və ziyalısını hər zaman dərindən sevmiş, qayğısını əsirgəməmişdir. Ümummilli lider, eyni zamanda ölkə üçün, xalq üçün fədakalıq etmiş şəxsləri yüksək qiymətləndirmiş, onları lazimi məqamlarda mükafatlandırmışdır. Ziyalı və ədiblərimizin yubiley tədbirlərinin keçirilməsində, anım günlərinin keçirilməsində yaxından iştirak etmiş, öz çıxışlarında onlara dəyərli fikilərini və ürək sözlərini söyləmişdir.
1996-cı il sentyabrn 10-da Azərbaycan elminin görkəmli şəxsiyyətlərindən olan dünya şöhrətli kimyaçı alim Akademik Yusif Məmmədəliyevin 90 illik yubileyinə həsr edilmiş gecədə də çıxış edən Ulu Öndər ziyalı – alim haqqında demişdir: Yusif Məmmədəliyev xalqımızın tarixinə böyük maarifçi, alim, görkəmli ictimai siyasi xadim kimi daxil olmuşdur. O, elmi fəaliyyəti, elmi əsərləri ixtiraları ilə Azərbaycan elminin inkişafına böyük təkan verib və dünya elminə, xüsusən dünya neft kimyası elminə görkəmli töhfələr veribdir.”
Azərbaycan xalqına liderlik etdiyi illər boyu ziyalıların himayədarı olan dahi rəhbər Heydər Əliyev ədəbiyyat insanlarını da həmişə diqqət mərkəzində saxlayırdı. 1996-cı il 15 avqust Azərbaycanın xalq şairi Qabilə ünvanladığı sözlər: “Hörmətli Qabil müəllim, sizi- Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizin şeirlərinizdə xalqa, Vətənə sarsılmaz məhəbbət hissi, vətənpərvər sənətkar mövqeyi öz əksini tapmışdır. Yüksək bədii təsirə malik əsərlərimiz insanlarda mənəvi qüvvə və yaşamaq həvəsi yaradır”. Əminəm ki, siz ömrünüzün bu müdrik çağında öz pərəstişkarlarınıza yeni-yeni əsərlər bəxş edəcək, sənətkarın bəşəriyyət və zaman qarçısında imtahan çəkildiyi bir dövrdə məslək və əqidənizə sadiq qalacaqsınız. Sizə uzun ömür cansağlığı və yaradıcılığınızda yeni müvəffəqiyyətlər arzulayıram.”
Heydər Əliyev xalq rəssamı Maral Rəhimzadənin əsərlərindən ibarət Yubiley sərgisinin açılışı mərasimində çıxış edərək dəyərli fikirlərini bildirmişdir. “Maral xanım öz sözünü rəssamlıq əsərləri ilə deyir. Biri danışmaq, oxumaq, çalmaq biri də rəsm çəkmək ustasıdır. Bu da təbiidir. Mən sizi bir daha təbrik edirəm. Mənim fərmanımla siz Azərbaycanın yüksək mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilmişsiniz. Sizə bir daha cansağlığı, xoşbəxtlik, yeni yaradıcılıq uğurları arzulayıram, sağ olun”.
Əlbəttə ki, Ulu Öndərimizin söylədiyi fikirləri ziyalılara, verdiyi dəyəri cümlələrlə ifadə edib bitirmək olmaz. Ziyalılarımız da Heydər Əliyevin onlara verdiyi ən böyük dəyərləri, əvəzi olaraq hər zaman Ulu Öndərin yanında olmuş onun bütün işlərini dəstəkləmişlər. Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ölkədə təhsil, elm, mədəniyyətin inkişafına, həmçinin Azərbaycan ziyalısına göstərilən yüksək diqqət və qayğı Azərbaycanın inkişafına, güclənməsinə, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.