Azad olunmuş torpaqlarda yeni infrastruktur layihələri
Zəkiyə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi
İyunun 26-sında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. Dövlətimizin başçısı Göygöl rayonunda, Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tikilinin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik su-elektrik stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kv.lıq yarım- stansiyasında aparılan işlərlə tanış olub.
Kəlbəcər rayonu 1993-cü il aprel ayında işğal olunub. Həmin dövrdə ölkədə yaşanan hakimiyyət boşluğu nizamlı ordunun olmaması, AXC Müsavat hakimiyyətinin xəyanətkar mövqeyi əvvəl (1992-ci il may) Şuşanın sonra Laçının, Kəlbəcər və digər rayonların düşmənə təslim olmasına səbəb oldu.
1993-cü ilin oktyabr ayında Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti seçildi. Hakimiyyətə gəldiyi ilk gündən müdafiə və ordu quruculuğu ilə məşğul olmağa başladı. Həmin dövrdə Heydər Əliyev mərkəzi televiziya ilə xalqa müraciət edərək cəbhədəki vəziyyətdən açıq danışdı və faktları sadaladı: “16 min nəfər həlak olmuş, 22 min nəfər yaralanmış, 1 milyon vətəndaşımız qaçqın olmuşdur”.
1994-cu ilin may ayının 12-də atəşkas haqqında saziş imzalanır. Ölkənin iqtisadiyyatının dirçəlməsi üçün bu bizə lazım idi. Qısa müddətdə ordu quruculuğunun bazası yaradıldı. “Mudafiə haqqında”, ”Hərbi vəziyyət haqqında” və s. Qanunlara əlavə dəyişiklik edildi.
Ulu öndər Heydər Əliyevin Prezidentliyi dövründə (1993-2003) Azərbaycanda ölkənin silahlı qüvvələri üçün kadr hazırlayan hərbi tədris müəssisələrinin sayı xeyli artmışdır. Eyni zamanda ABŞ, Türkiyə, Almaniya, Rusiya, Pakistan və s.digər ölkələrlə bağlanmış iki tərəfli müqavilələrə əsasən bu dövlətlərin ali-hərbi məktəblərində və Azərbaycan hərbi qüvvələri üçün kadrlar hazırlanmış və bu hazırlıq bu gün də davam edir. Heydər Əliyev son çıxışlarının birində demişdir: “Mən ümidvaram ki, biz ordumuzu gücləndirəcək, döyüş qabiliyyətini yüksəldərək Azərbaycanın işğal olunmuş torpaqlarını azad edəcək və ərazi bütovlüyümüzü təmin edəcəyik”.
Müzəffər Azərbaycan ordusu Ali Baş komandanı, Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyev bu missiyanı uğurla başa çatdırdı. Ermənistan ordusu 44 gün ərzində məhv edilmiş, kaputilyasiya aktına imza atdı. Bu gün işğaldan azad olunmuş rayonlarımızda quruculuq işləri geniş vüsət alıb. Füzulidə, Zəngilənda, Cəbrayılda, Ağdamda yeni infrastruktur qurulur. Cənab Prezidentimizin fərmanı ilə 2022-ci il “Suşa” ili elan edilib. Artıq Şuşada təmir edilmiş mədəniyyət və tarixi abidələrdə müxtəlif mədəni, kütləvi tədbirlərin həyata keçirilməsinə start verilmişdir.
Bu günlərdə Prezident İlham Əliyev Kəlbəcərdə İşğal və Zəfər muzeyləri kompleksinin, Rəqəmsal idarəetmə Mərkəzinin, Su istehsalı zavodunun və İstisu sanatoriyasının təməlini qoyub. Laçın rayonunda yeni hava limanının tikintisi başlanıb. Bu hava limanının tikintisinin ən çətin tərəfi düz yerin olmamasıdır. Ona görə də dağlar yarılır və zolaq üçün uyğun şərait yaradılır. 2024-cü ildə bu hava limanının açılışı nəzərdə tutulur. Prezident İlham Əliyev çıxışıının sonunda deyir: “Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda hərbi təyinatı da təbii ki, göz önündədir. Biz daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq. Bu gözəl hadisə münasibəti ilə Azərbaycan xalqını, laçınlıları, kəlbəcərliləri, bütün keçmiş köçkünləri ürəkdən təbrik edirəm”.