Azərbaycanın Özbəkistanla münasibətləri mənəvi qardaşlıq simvoludur

Azərbaycanın Özbəkistanla münasibətləri mənəvi  qardaşlıq  simvoludur
Cəmilə Ağayeva
Suraxanı rayonu Əmircan bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri 
 

Əsrlər boyu bir sıra dövlətlərin  biri-birləri ilə siyasi, iqtisadi məqsədləri uzlaşaraq startegiyaları dostluq və əməkdaşlıq etmişlər. Amma elə dövlətlər də vardır ki, bu dövlətləri biri-birinə bağlayan təkcə sadaladığım amillər deyil eyni zamanda isti qardaşlıq münasibətləridir. Buna misal Özbəkistan ilə Azərbaycan dövlətinin dostluq və qardaşlıq münasibətlərini göstərə bilərəm.

Özbəkistan Respublikası ilə hələ, 15-ci əsrdə xalqlarımız arasında ticarət əlaqələrimiz, elmi əməkdaşlıqlarımız olub. Heç təsadüfi deyil ki, əslən Qarabağdan olan Yusif İbn Məhəmmədcan İbn Qarabağinin qəbri, Özbəkistanın Səmərqənd  şəhərində yerləşir. O, 16-17-ci əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və din xadimi idi. Eyni zamanda Bakıda-İçərişəhərdə yerləşən Buxara karvansarası, Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən 15-ci əsrdə inşa edilmişdir.  Vaxtilə özbək mütəfəkkiri Əlişir Nəvai də, öz ”Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən bəhrələnərək  yazmışdı.  

Özbəkistan ilə Azərbaycan Sovetlər dönəmində də, biri-birinə ruhən yaxın olmuşlar. Belə ki, 20-ci əsrin 30-cu illərində, represiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapmışdı. Elə bəlkə də bunun nəticəsidir ki, bu gün 70000-ə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin bütün sahələrində iştirak edir.

Dostluq o zaman qardaşlığa çevrilir ki, insan özünün həyatında baş vermiş uğurlarını, gözəl hadisələri öz yaxın bildiyi insanlarla bölüşür. İstər uğur qazanmış, istərsə də çətin anında ilk  getdiyi qapı dost, mənəvi  qardaşa çevriləndir. Düşünürəm ki, bu amil dövlətlərə də şamil olunur. Bəlkə də elə buna görədir ki, Şavkat Mirziyoyevin Özbəkistan prezidenti seçilməsindən sonra, ilk dövlət səfərini, məhz Azərbaycana etməsi, mənəvi qardaşlığın simvoludur!

Bu istilik, biz iki xalqın siyasi rəhbərlərinin biri-birləri ilə mənəvi qardaş olmalarından irəli gəlir. Nəzərə alsaq ki, bu gün Özbəkistanda çoxsaylı erməni icmasının nümayəndələri yaşayır, amma buna baxmayaraq  nə  Özbəkistanda , nə də  Ermənistanda onların səfirlikləri fəaliyyət göstərmir.

Özbəkistan Respublikasının prezidenti  Şavkat Mirziyoyevin, 44 günlük müharibədən sonra işğaldan azad olunmuş Füzuli şəhərində 960 şagird yerlik məktəb inşa etdirməsi, bizə qarşı olan həmrəylik və dəstəkdən irəli gəlir. Eyni zamanda bu məktəbin özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adına olması isə hər zaman biz -  iki dövlətin qardaş və dost ölkə olmasının bariz nümunəsidir.  

2022-ci ildə dövlətimizin başçısı, cənab Ali Baş Komandan, yenilməz sərkərdə İlham Əliyevin Özbəkistan Respublikasına üç dəfə səfər etməsi Özbəkistan və Azərbaycan xalqlarının, biri-birinə olan isti münasibətindən irəli gəlir. 

Tarixə nəzər salsaq, dövlətlər  arasındakı  bu mehribanlıq Ulu Öndər Heydər Əliyev dövründə də olmuşdur.  Belə ki, məhz o hakimiyyətdə olan dövrdə  1996-cı ildə  Azərbaycanın Özbəkistanda, həmçinin 1998-ci ildə isə Özbəkistanın Azərbaycan səfirliyi  fəlaiyyətə başlamış, ölkələrimiz arasında daha da, biri-birinə inamın artmasına səbəb olmuşdur.

Dövlətlərin rəsmi səfərlərinin hər zaman  siyasi, iqtisadi, sosial xeyir vardır. Belə ki, bu işgüzar səfərlərdə, protokol qaydalarına uyğun olaraq dövlətlər arasında müqavilə, protokollar və sazişlər bağlanır.

22 Avqust 2023-cü il  tarixində Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyevin, Azərbaycana rəsmi səfəri və bu səfərdə, dövlətlərimiz arasında bağlanan sazişlər, müqavilələr, protokollar, yol xəritələri, gələcəkdə Azərbaycan və Özbəkistan üçün əməli işlərdə böyük uğurlar vəd edir.