Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi gücünü xalqdan alan lideri vardır
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Müstəqilliyimizin ilk illərində xaos və böhranın hökm sürdüyü vəziyyətdən əziyyət çəkən xalq siyasi gərginlikdən qurtulmaq üçün bir çıxış yolu axtarırdı. O zaman iqtidarda olan hakimiyyətin səriştəsizliyi ilə alınan qərarlar xalqın sosial vəziyyətini dözülməz hala gətirib çıxarmışdı. Anti-milli qüvvələrin xalqına və dövlətinə olan xəyanəti dövlətin varlığını təhlükə altında qoyurdu. Xalqın, onu sevən və onun mənafeyini müdafiə edəcək, onları doğru və düzgün yönləndirəcək bir partiyaya və bir liderə ehtiyacı vardı. Bu məqsədlə Ulu Öndər Heydər Əliyevin sədrliyi və ziyalıların təşəbbüs qrupunun iştirakı ilə keçirilən konfransda 21 noyabr 1992-ci il Yeni Azərbaycan Partiyasının yaranmasına qərar verildi. Partiyanın Nizamnaməsində və proqramında hüquqi dövlət, sabit sosial, iqtisadi yönümlü, vətəndaş cəmiyyəti qurmaq kimi, əsas ideyaları prioritet kimi göstərilmişdir.
Dahi siyasətçi və uzaqgörənliyi ilə tanınan Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalq tərəfindən Prezident seçilməsindən sonra apardığı islahatlarla xalqın inamını və rəğbətini qazanması Yeni Azərbaycan Partiyasının hakim partiyaya çevrilməsinə səbəb oldu. Hakimiyyətə gəldikdən sonra ölkənin daxili və xarici siyasəti yüksələn xəttlə inkişaf etməyə başladı. Ölkə daxilində xaos və böhrana son qoyularaq iqtisadiyyat, güclü ordu, güclü dövlət prinsilərinə əsaslanan bir dövlət qurulması üçün təhsil, sosial-iqtisadi və ordu quruculuğu yönündə uğurla bir çox islahatlar aparıldı.
İslahatlar kursu Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı olan möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 15 oktyabr 2003-cü ildə xalqının mütləq əksəriyyətinin səsini qazanaraq prezident seçildikdən sonra da davam etmiş və etməkdədir. Bunlara, xalqın sosial yaşayış tərzinin yaxşılaşdırılması, mədəniyyət, təhsil, səhiyyə, ekologiya və ordu quruculuğunda aparılan islahatlar və s. kimi bir çox islahatları misal göstərmək olar. Aparılan islahatlar qısa bir zamanda, öz bəhrəsini verməyə başladı. Belə ki, aparılan bu islahatların nəticəsində Azərbaycan yalnız olduğu regionda deyil, bütün dünyada həm iqtisadi, həm siyasi cəhətdən və həmdə güclü orduya sahib bir dövlət olaraq tanınmışdı. Azərbaycan xalqı xoşbəxtdir, çünki onun İlham Əliyev kimi gücünü xalqdan alan Lideri vardır
Möhtərəm Prezident İlham Əliyev tərəfindən aparılan xarici siyasətin əsas xəttini mehriban qonşuluq, tərəfdaşlıq və etibarlı dostluq prinsiplərini təşkil etməsi Azərbaycanın ərazi bütövlüyünün dünya ölkləri tərəfindən tanınması və bu prinsiplərə hörmətlə yanaşılmasına səbəb olmuşdur.
İqtisadi cəhətdən güclü olan Azərbycan həm yerləşdiyi regionda, həmdə digər regionlarda yardıma ehtiyacı olan ölkələrə hümünistlik prinsiplərinə əsaslanaraq hümanitar yardımlarını əsirgəməmişdir. Möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə Nepal, Cibutiyə, Rothinqya qaçqınlarına, o cümlədən müharibə şəraitində olan Ukrayna xalqına hümanitar yardımlar göndərilmişdir.
Cənab İlham Əliyevin 2003-cü ildə, 2003-cü ildə, 2008-ci ildə, 2013-cü ildə,və 2018-ci ildə xalqın səsini qazanaraq prezident seçilməsi bir daha sübut etmişdir ki, xalq öz Prezidentini sevir, ona inanır, arxalanır və onun tərəfindən aparılan siysəti dəstəkləyir və daima onun yanındadır.