Elçin Həsənov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq iqtisadi münasibətlərdə əsasən də enerji təhlükəsizliyi məsələlərində mühüm rol oynayan ölkələrdən birinə çevrilməsi onun avropada nüfuzunu çox artırdı. İstər qərbi avropa, istərsə də şərqi avropa dövlətlərinin enerji ilə təminatı məsələsi ön plana çəkilib. Əsasən də şərqi avropa dövlətləri ilə dost münasibətlərin yaranması Azərbaycan-Avropa ittifaqı əməkdaşlığı daha da genişlənmişdir.
Azərbaycan və Albaniya dost ölkələrdir. Müxtəlif sahələrdə əməkdaşlıq edir və fəal siyasi dialoqumuz var. Hər iki dövlət beynəlxalq məsələlərdə bir birini dəstəkləyir, enerji məsələlərində də fəal əməkdaşlıq edir. Cənub Qaz Dəhlizi layihəsində Albaniya vacib rol oynayaraq TAP heyətinin üzvü kimi də çox vacib rol oynamaqda davam edir. Məşvərət Şurasının ötən illərdəki toplantılarında müzakirə olunan enerji təhlükəsizliyi məsələsi əsas məsələlərdən olub. Avropa üçün Azərbaycan qazı yeni mənbədir. Hal hazırda Avropada və Asiyada mövcüd geosiyasi vəziyyət işimizin düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizi tamamilə yeni bir marşurutdur və bu gün ona yeni marşurutlar da əlavə edilib.
Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən " Abşeron" qaz - kondensatı təbii qazın kommersiya hasilatı "Şahdəniz" yatağından sonra ikinci nəhəng qaz ehtiyatı yatağı bizim gələcək şaxələndirmə lahiyələrimizin resurs bazasını təşkil edəcək. "Abşeron" lahiyəsinin ilk fazası təsdiq olunub. Bu yataqdan illik hasilatın 1.5 milyard kubmetr həcmində olması gözlənilir. İkinci faza ilə bağlı razılıq olduqdan sonra daha 4-5 milyard kubmetr həcm əlavə olunacaqdır və onun böyük hissəsi beynəlxalq bazarlara nəql olunacaqdır.
Azərbaycan hal haxırda 8 ölkəyə qaz nəql edir. Bunlardan 6-sı Avropa ölkələrdir. Cənub Qaz Dəhlizi lahiyəsi Avropada istifadəyə verilmiş interkonnektorların təməlində dayanır. Türkiyə üzərindən Trans -Balkan boru kəməri sistemindən istifadə razılığı əldə olunub. Bu isə yeni şaxələnmə deməkdir. Azərbaycan etibarlı tərəfdaş olduğunu ötən illərdəki öhdəliklərini yerinə yetirməklə sübut etmişdir.Ciddi bir tərəfdaş olan Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkətin Abşeron layihəsinin səhmdarı olması əlavə maliyələşmə, təcrübə deməkdir.
Uzun illər neft ixracının əsas mənbəyi olan "Azəri-Çıraq-Günəşli" yatağından dərin qaz layihəsindən ilkin mərhələdə qazın hasilatı təqribən yarım milyard kubmetr olacaqdır, bir neçə il sonra isə 3-4 dəfə artırılacaq. Bu isə "Şahdəniz" və "Abşeron" yataqları ilə yanaşı yeni mənbə olacaqdır. "Ümid" yatağının ikinci fazasının işlənməsi ilə bağlı planlar 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etməyə imkan verəcəkdir. Bəzi layihələr investorlarlarla birlikdə, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcəkdir.
Azərbaycan yaşıl enerjiyə keçid prosesində də iştirak edir. Bu il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmuşdur. Azərbaycanda Günəş Elektrik Stansiyasının gücü 230 meqavatdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030 ilədək 5 min meqavataqədər günəş və külək enerjisi istehsalı planlaşdırılır.
Cənub Qaz Dəhlizi 3 ildir ki, fəaliyyət göstərir. Bu Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin bu da danılmazdır ki, yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz. Qazıntı yanacağı ilə zəngin olmağımızı əsas gətirib bizə müxtəlif QHT və media təşkilatlarının hücumuna məruz qalsaq da Azərbaycan COP29-a sahiblik edən ölkə olmaq şərəfinə nail oldu. Bu beynəlxalq birliyin ölkəmizə hörmətin əlamətidir.