Azərbaycan sübut edir ki, Qərb üçün ən etibarlı enerji təminatçısıdır
Məzahir Heydərli
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsi üçün strateji platforma hesab olunan Davos İqtisadi Forumunda Azərbaycan uğurla təmsil olunur. Forumun illik toplantılarına dövlət, hökümət rəhbərləri, tanınmış siyasi xadimlər, böyük və nüfuzlu şirkətlərin rəhbərləri, müxtəlif qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri qatılırlar. Azərbaycan Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdə hər il iştirakı dövlətimizin böyük nüfuz sahibi olmasının göstəricisidir.
Bu cür dünya miqyaslı şirkətlərlə səmərəli görüşlərin keçirilməsi əlbəttə ki, Azərbaycana olan maraqdan irəli gəlir. Forum çərçivəsində gedən müzakirələrin nəticələri Azərbaycanın uğurlarının və inkişafının göstəricisidir.
Cənab Prezident İlham Əliyevin Davosda səmərəli görüşlər keçirməsi və sessiyalarda iştirak etməsi dünyanın aparıcı dövlətlərinin, şirkətlərinin Azərbaycanın dünyada aktuallığına işarədir. Çünki, Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mühitə malikdir.
Davosda Prezident cənab İlham Əliyev çıxış etmişdir. Onu da qeyd edək ki, Dövlət başçısı bütün siyasi, iqtisadi və digər sahələrdə öndə gələn beyin mərkəzlərinin fikirlərinə əhəmiyyət verdiyi dövlət xadimidir. Dəfələrlə bu cür görüşlərdə öz nitqi ilə bütün dünyanı heyran etmişdir. Bu dəfə də belə oldu. Prezident öz nitqində bir neçə məqama toxunmuşdur. O demişdir ki, Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Dövlət başçısı zəruri əməkdaşlıq istiqamətlərində ciddi addımlar atdığımızı ifadə etmişdir. Bugünkü reallıqlar fonunda Azərbaycana tranzit ölkəsi olmaq vacibdir. Bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Bu gələcək sülh və inkişaf üçün də güclü zəmindir.
Dünyada tanınmış beyin mərkəzlərindən hesab olunan Davos İqtisadi Forumunda Prezident bildirmişdir ki, qlobal miqyasda ən mehriban mühitlər Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələridir. Biznes mühitinin təkmilləşdirilməsində uğurun əsas amillərindən biri də, nəqliyyat sahəsində ixracatın şaxələndirilməsidir.
Ümumiyyətlə hesab edirəm ki, istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans olmalıdır. Dəmir yol şəbəkəsinin inkişafı olunmalı, təchizatın artan dinamikasına dəstək verilməlidir. Bunlar iqtisadi qüdrəti artıran amillərdəndir.
Avropada müharibə və Rusiya qazının Avropaya ixracının azalması, bir çox halda isə dayandırılması təbii ki, Azərbayacana bununla bağlı müraciətlərin artmasına səbəb olmuşdur. Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi dərhal müxtəlif istiqamətlər üzrə işlərin görülməsi prosesi başlanmışdır. Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan gərgin çalışır. Bununla da Azərbaycan sübut edir ki, Qərb üçün ən etibarlı enerji təminatçısıdır.
Əgər Zəngəzur dəhlizi açılsa, şərqlə qərb arasında yalnız enerji nəqliyyatı deyil, bütün sahələrdə logistika inkişaf edəcək və Azərbaycanla yanaşı Ermənistan da bu əməkdaşlıqdan böyük iqtisadi, siyasi və sosial üstünlüklər qazanacaq. Onun üçün də regiona sülh lazımdır. Ermənistan isə bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə təəssüf ki, hələ də cavab verməyib.