Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına 6 dəfə işgüzar səfər etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına 6 dəfə işgüzar səfər etmişdir

Şahvələd Əhmədov

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu,285 nömrəli tam orta məktəbin müəllimi

Tacikistan Respublikası Mərkəzi Asiyada yaranan dövlətdir. Dənizə çıxışı olmayan ölkələrdən biridir. Ərazisi Pamir dağlarının ətəklərində yerləşir. Qırğızıstan, Əfqanıstan, Özbəkistan və Çin ilə həmsərhəddir. Paytaxtı və böyük şəhəri Düşənbədir. Tacikistan keçmiş SSR-inin 15 ölkəsindən biridir. Tacikistanda zəngin qızıl, gümüş, antimon yataqları var. Tacikistan duz, qurğuşun, sink və civə istehsal edir. Küllü miqdarda uranium istehsal edir. Tacikistanda çoxlu balıq istehsal olunur, 2003-cü ildə 158 ton balıq ixrac olunmuşdur. Tacikistan hidroenerji potensialına görə zəngin ölkədir. Hətta Tacikistan pambıq, parça, bitki yağı, meyvələr də ixrac edir.

Tacikistan Respubliksının əhalisi 8 milyondan çoxdur. Azərbaycan Respublikası ilə arasında dostluq əlaqələri həm keçmiş SSR dövründə, həm də SSR-nin dağılmasından sonrada mövcud olmuşdur. Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla əlaqələri mühüm əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il mayın 29-da qurulub, 2007-ci ildə Azərbaycanın Tacikistanda, 2008-ci ildə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə  başlayıb. Hər iki dövlət arasında əlaqələrin yaranmasında hər iki prezidentin şəxsi dostluğu mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına 6 dəfə işgüzar səfər etmişdir.

Ölkələrimiz arasında əlaqələr parlament səviyyəsində də inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlər arası işçi qrupu fəaliyyət göstərir. Ölkələrimiz arasında dini, tarixi, mədəni əlaqələr mövcuddur. İki ölkə arasında  70-dən çox sənəd, 2007-ci ilin martın 15-də ‘Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq müqaviləsi’ imzalandı. 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci ildə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycanda səfərdə olarkən ADA univeresitenin Fəxri Doktoru diplomu təqdim olunmuşdur. Azərbaycanda hal-hazırda 40-dan çox Tacikistanlı tələbə təhsil alır.

Bəyannamə ilə Strateji  Tərəfdaşlıqla yanaşı 14 sənəd imzalandı. Cari ilin 23 may tarixində imzalanmış Azərbaycan-Tacikistan sənədləri:

 “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”;

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum”;

 “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”;

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”;

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”.

Vətən müharibasində erməni cəlladları üzərində qələbə çalan hörmətli Prezidentimiz və Azərbaycan xalqı nəinki torpaqlarımızı azad etdi, həm də tarixi ədaləti bərpa etdi. Müharibədən sonra, Azərbaycanın nəqliyyat-loqistika imkanları daha da artdı. Zəngəzur dəhlizinin reallığa çevrilməsi Azərbaycanın Şərq ilə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrildi. Çindən Avropaya gedən ən qısa və təhlükəsiz yol ölkəmizdən keçir. Ona görə Şərq ölkələri o cümlədən Mərkəzi Asiya xalqlarının Azərbaycana marağı artır.