Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir

Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir
Fuad Rəhimov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Yeni Suraxanı bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti icra edən
Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələrinə həmişə xüsusi əhəmiyyət verir. Bildiyiniz kimi Prezident cənab İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra  mətbuata bəyanat vermişdir. Bu Bəyanatda ölkələrimizin ərazi bütövlüyü ilə bağlı qarşılıqlı dəstəyin ifadə olunması və hər iki dövlətin suverenliyi, ərazi bütövlüyü, və sərhədlərin toxunulmazlığının dəstəklənməsi barədə açıqlama vermişdir. Həmçinin Prezident cənab İlham  Əliyev Gürcüstanın Baş nazirinin Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını da vurğulamışdır.
Bu, eyni bölgədə yerləşdiklərinə görə Azərbaycanla Gürcüstan arasında  əlaqələrin qədim və zəngin tarixi əlaqələri mövcuddur. Tarixin ən ağır sınaqlarından çıxan bu əlaqələr mərhələ ilə inkişaf edib və hər dəfə yeni mahiyyəti kəsb edir. Eyni zamanda, energetika  nəqliyyat və digər sahələrdə həyata keçirilən layihələr qarşılıqlı əlaqələrin güclənməsinə, və  bölgədə gedən proseslərədə müsbət təsir göstərməkdədir.
Prezident cənab İlham Əliyev müxtəlif dövrlərdə Gürcüstan Respublikasının hökümət başçıları və baş nazirləri ilə görüşmüşdür. Bu  səfərlərin 44-ü rəsmi, 70-i isə işgüzar səfərlər olmuşdur. Hər iki ölkənin parlamentləri ilə görüşdə  ölkələrimiz arasında dostluq əlaqələrinin çox intensiv və güclü olması və bu münasibətlərin daha  da möhkəmləndirmək baxımından davamlılığı mühüm əhəmiyyəti kəsb etmişdir. Prezident cənab İlham Əliyev Gürcüstanın Baş Naziri ilə görüşünü əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyinidə bildirmişdir.