Azərbaycan gəncliyi dövlətin və cəmiyyətin mədəni inkişafında mühum rola malikdir
Səadət Yusifova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 37 nömrəli Uşaq Musiqi Məktəbinin
Azərbaycan gəncliyi ölkəmizin sosial-iqtisadi, mədəni və mənəvi inkişafında mühüm rol oynayır. Gənclər dövlətin gələcəyini formalaşdıran əsas qüvvə kimi innovativ düşüncə tərzi, yüksək intellektual potensial və vətənpərvərlik ruhu ilə seçilirlər.
Müstəqil Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prizident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti nəticəsində gənclərin təhsilə, yaradıcılığa, idmana və ictimai fəaliyyətə cəlb olunması üçün geniş imkanlar yaradılmışdır.
Gənclər bu gün yanlız gələcəyin deyil, eyni zamanda bu günün fəal qurucularıdır. Təhsil sahəsində, xüsusilə incəsənət və musiqi təhsili müəssisələrində gənclərin estetik zövqünün formalaşması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Musiqi məktəblərində təhsil alan gənclər həm milli mədəniyyətimizin yaşadılmasında, həm də beynəlxalq aləmdə təbliğində fəal iştirak edirlər. Bu proses onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxmasına və cəmiyyətə faydalı şəxsiyyət kimi formalaşmasına xidmət edir.
Gənclər Günü gənc nəslin cəmiyyətdəki rolunun qiymətləndirilməsi, onların təşəbbüslərinin dəstəklənməsi və motivasiyasının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Sağlam düşüncəli, savadlı və yaradıcı gənclərin yetişdirilməsi dövlət və cəmiyyət qarşısında duran əsas vəzifələrdən biridir.
Nəticə olaraq qeyd etmək olar ki, Azərbaycan gəncliyi dövlətçiliyimizin möhkəmlənməsində, milli-mədəni irsimizin qorunmasında və ölkənin davamlı inkişafında aparıcı qüvvədir.
Gənclərə göstərilən diqqət və qayğı Azərbaycanın parlaq gələcəyinin təminatıdır.