Azərbaycan gəncləri həm ön cəbhədə, həm də arxa cəbhədə böyük fədakarlıq göstərmişlər

Azərbaycan gəncləri həm ön cəbhədə, həm də arxa cəbhədə böyük fədakarlıq göstərmişlər

Əfqan Vəlizadə

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

"Milli Production" Ritm və Rəqs qrupunun Bədii rəhbəri 

Ümummilli Lider Heydər Əliyev gənclərin tərbiyəsində milli-mənəvi dəyərlərə çox önəm verirdi. O deyirdi: “Azərbaycan gəncliyi vətənpərvər olmalı, xalqını, dövlətini sevməlidir”. Bu ideyalar sonrakı dönəmdə İlham Əliyev tərəfindən də həyata keçirildi. Bunun nəticəsi idi ki,  rəşadətli Azərbaycan Ordusunun sıralarındakı mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Azərbaycan gənclərinin ll Qarabağ müharibəsində rolu mühüm və tarixi əhəmiyyətə malikdir. 2020-ci ildə baş vermiş ll Qarabağ müharibəsində Azərbaycan gəncləri həm cəbhədə, həm də arxa cəbhədə böyük fədakarlıq göstərmişlər.

Ordunun əsas hissəsini təşkil edən gənclər yüksək vətənpərvərlik ruhu, döyüş hazırlığı və mənəvi güclə torpaqlarımızın azad olunmasında həlledici rol oynamışdır. Onlar müasir hərbi texnikanı peşəkar şəkildə istifadə edərək düşmən üzərində üstünlük qazanmışdır. Gənclər yalnız silahla deyil, informasiya müharibəsində də fəal iştirak etmişlər.

Sosial şəbəkələrdə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmış, düşmən təbliğatına qarşı mübarizə aparmışlar. Könüllü olaraq yardım aksiyalarında  iştirak edən, əsgərlərə mənəvi dəstək göstərən gənclər xalq-ordu birliyinin bariz nümunəsini yaratmışdır. Bu müharibədə şəhid olan minlərlə gənc Azərbaycan gəncliyinin vətənə sədaqətini və qəhrəmanlığını bütün dünyaya sübut etdi. Onların göstərdiyi igidlik gələcək nəsillər üçün örnəkdir.

İdman gənclərin sağlam həyat tərzi formalaşdırmasında əsas vasitədir. Sağlam gənclik ölkənin güclü gələcəyinin təməlidir. İdman gənclərdə intizam, məsuliyyət və iradə keyfiyyətlərini inkişaf etdirir. Gənclərin idmana cəlb olunması zərərli vərdişlərin qarşısını alır.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra beynəlxalq idman arenalarında fəal şəkildə təmsil olunmağa başlamışdır. Dövlətin idmana göstərdiyi sistemli qayğı nəticəsində Azərbaycan idmançıları Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında uğurla çıxış edərək ölkəmizin bayrağını yüksəklərdə dalğalandırmışlar.

Azərbaycan idmançıları güləş, cüdo, boks, taekvondo, atletika, gimnastika və digər idman növləri üzrə beynəlxalq yarışlarda çoxsaylı medal və titullar qazanmışlar. Xüsusilə Olimpiya Oyunlarında əldə edilən uğurlar Azərbaycanın idman ölkəsi kimi tanınmasına mühüm töhfə vermişdir. Bu nailiyyətlər gənclərin idmana marağını artırmaqla yanaşı, ölkənin beynəlxalq nüfuzunu da gücləndirmişdir. Azərbaycan eyni zamanda bir çox mötəbər beynəlxalq idman yarışlarına da ev sahibliyi edir. 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunları və 2017-ci ildə təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunları ölkəmizin idman tarixində mühüm yer tutur.

Bu yarışlar Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini və müasir idman infrastrukturunu dünya ictimaiyyətinə nümayiş etdirmişdir. Bundan başqa, Bakı şəhəri Formula-1 Azərbaycan Qran Prisi, eləcə də cüdo, güləş, gimnastika və digər idman növləri üzrə dünya və Avropa səviyyəli yarışların keçirildiyi əsas mərkəzlərdən birinə çevrilmişdir. Bu beynəlxalq tədbirlər ölkəmizə minlərlə xarici qonağın gəlməsinə, turizmin inkişafına və Azərbaycanın tanıdılmasına xidmət edir.

Nəticə etibarilə, Azərbaycanın beynəlxalq yarışlarda uğurla təmsil olunması və ölkəmizdə keçirilən beynəlxalq idman yarışları dövlətin idmana göstərdiyi ardıcıl qayğının nəticəsidir. Bu uğurlar Azərbaycanın idman potensialını nümayiş etdirir və ölkəmizi dünyada nüfuzlu idman mərkəzi kimi tanıdır.