Azərbaycan elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır
Rafiq İsmayılov
"Dental Clinic" stomatoloji mərkəzin direktoru
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil etmişdir. Azərbaycanın enerji siyasətinin bir neçə istiqaməti mövcuddur ki, bunlardan daha vacib olan ikisini xüsusi qeyd etmək mümkündür. Birincisi, Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin təmini, ikincisi isə digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfə ilə bağlı idi. Bu baxımdan həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması böyük əhəmiyyət daşıyır.Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb.Bu baxımdan Azərbaycan elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir.
Bərpa olunan və yaşıl enerji əsasında istehsal olunan elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni era sayıla bilər. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə bərpaolunan enerji ilə töhfə verməsi xüsusilə diqqət çəkir. Belə ki, dünya ölkələri tükənməyən və ekoloji təmiz enerjiyə ciddi maraq yaranıb. Son zamanlar dünyada baş verən münaqişələr və iqtisadi kataklizmlər fonunda “yaşıl enerji”nin vacibliyi daha da aktuallaşıb. Gələcəkdə bu enerji növünün gələcəkdə dünya enerji bazarında hakim olacağı güman olunur.Növbəti enerji ixrac olunan Avropa ölkəsi Serbiyadır.
Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə ixrac edilir.Bunu Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı qeyd edib ki, həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılıb. “Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır”, - deyə Prezident İlham Əliyev bildirib.
Bu sazişin imzalanması ilə enerjiyə tələbatı artan Serbiya üçün Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilir. Bu gün Azərbaycan enerji təhlükəsizliyi baxımından Serbiyamın strateji tərəfdaşı rolundadır.Azərbaycan bu çətin dövrdə Avropa üçün ciddi, proqnozlaşdırıla bilən və etibarlı tərəfdaş kimi özünü sübut edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi indi çox vacibdir. Avropa Azərbaycanın bu anda və gələcəkdə sahib olduğu bu çox mühüm rolu qəbul etməlidir.Azərbaycan özünün tranzit ölkə, həmçinin ənənəvi və yaşıl enerji mənbəyi kimi potensialını, Avropanın bu istiqamətlərdəki tələbatının qarşılanmasındakı rolunu artırmaq üçün ciddi addımlar atmaqdadır.