Azərbaycan dünyaya günəş kimi doğacaq
Cəmilə Novruzova
YAP Suraxanı rayon təşkilatının könüllüsü
Suraxanı rayonu 146 nömrəli tam orta məktəbin müəllimi
Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki, onun şəxsiyyətin xüsusiyyətlərindən, əməllərindən, gördüyü işlərdən saatlarla yox günlərlə, aylarla, illərlə danışmaq olar.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında xidmətlərini saymaqla qurtarmaq olmaz. Belə ki, o həm 1962-1982-ci illərdə Azərbaycana rəhbərlik edərkən, eləcə də, 1993-2003-cü illərdəki prezidentliyi dövründə respublika həyatının bütün sahələrində - siyasi, iqtisadi, elmi-texniki, hərbi, mədəni quruculuq sahələrində güclü potensial yaratmışdı.
Ulu Öndərin respublikaya 1-ci dəfə rəhbərliyi zamanı Azərbaycanı demək olar ki, keçmiş SSRİ miqyasında Azərbaycanı öncül mövqeyə çıxarmışdır. Bakıda və respublikanın digər şəhərlərində böyük sənaye müəssisələri yaratmışdır. Bunun nəticəsidir ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə edərkən, bu potensiala söykənərək özünün müstəqilliyini təmin edə bilmişdi. Heydər Əliyev bütün fəaliyyəti dövründə xalqa arxalanmış, Azərbaycan xalqının ona böyük sədaqətindən, özünün dəfələrlə dediyi kimi ilham almışdır.
Burada Heydər Əliyevin bir sözünü, ifadəsini, kəlamını xatırlatmaq istəyərdim: Belə ki, o Azərbaycan xalqının gələcəyindən danışarkən demişdir ki, “Azərbaycan dünyaya günəş kimi doğacaq” O bu sözləri dediyi dövrdən hal-hazırda 20-25 il vaxt keçir və biz əyani görürük ki, Azərbaycanın nüfuzu dünya dövlətləri arasında necə artır.
Azərbaycanın ikitərəfli və çoxtərəfli xarici – siyasi, iqtisadi əlaqələri necə surətlə inkişaf edir. Paytaxtımız Bakıda yüzlərlə konfranslar, toplantılar və s. keçirilir. Böyük Məhəmməd Hadi vaxtilə yana-yana deyirdi ki, “Yox xalqımın imzası imzalar içində” Böyük Heydər Əliyevin sayəsində Azərbaycan xalqının imzası dünya xalqlar içində özünə yer tutmuşdur.
Hazırda Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin gördüyü tədbirlər nəticəsində Azərbaycan surətlə inkişaf edir.