“8 Mart” adına Mədəniyyət Evində Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olundu AVMVİB-nin Suraxanı rayon şöbəsi və Yeni Suraxanı qəsəbəsində yerləşən “8 Mart” adına Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov, Yeni Suraxanı Bələdiyyəsinin sədri Fikrət Quliyev, Yeni Suraxanı Ağsaqqallar Şurasının sədri Vaqif Alxasov, Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin Suraxanı rayon şöbəsinin üzvləri və digər şəxslər iştirak etmişlər.
Tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Heydər Əliyevin həyat fəaliyyətinə həsr olunmuş təqdimat–slayd nümayiş etdirildi. İlk olaraq çıxış edən Salman Əbdülov Azərbaycanın çoxəsrlik tarixinin qəhrəmanına çevrilmiş Ümummilli Liderin ölkəmizin inkişafında və xalqımızın mənəvi təkamülündə həyata keçirdiyi hər bir tədbirin böyük bir tarix olduğunu söylədi. O, qeyd etdi ki, 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev Azərbaycanı geridə qalmış aqrar respublikadan çiçəklənən, yüksək inkişaf edən bir diyara çevirmişdir. Azərbaycanın iqtisadiyyatında, cəmiyyətində narahatlıq doğuran tənəzzül proseslərinin açıq müşahidə edildiyi bir zamanda respublikanın rəhbərliyinə gələn Heydər Əliyev ittifaqın güclü güclü iqtisadi potensialından səmərəli istifadə edərək Azərbaycanı qısa müddət ərzində təərəqqi yoluna çıxarmışdı. 1993-cü ildə ölkədə hökumət böhranı, xaos, vətəndaş müharibəsi, müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyi qorunub saxlanıldı, ölkədə davamlı sabitlik təmin olundu.
Çıxış edən natiqlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söz açmış, Heydər Əliyevin Azərbaycan tarixindəki yerinin ölkəmizin qısa müddətdə qazandığı mühüm nailiyyətlərin miqyası qədər böyük olduğunu vurğulamışlar. Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı Şanlı Zəfər də Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə apardığı məqsədyönlü siyasətin nəticəsi idi. Daha sonra 89 və 101 nömrəli tam orta məktəblərin şagirdlərinin iştirakı ilə şeirlər səsləndirildi. Sonda “8 Mart” adına Mədəniyyət Evi”nin direktoru Vəfa Rəfiyeva tədbirin ərsəyə gəlməsində əməyi olan şəxslərə və dəvəti qəbul edib iştirak edən qonaqlara təşəkkürünü bildirmiş, xatirə şəkli çəkdirilmişdir.