Astana görüşü türkdilli əlaqələrinin güclənməsinə böyük təkan verəcəkdir
Məlahət İsmayılova
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Dövlət başçımızın mütəmadi olaraq xarici ölkələrə işgüzar səfərləri Azərbaycanın artmaqda olan nüfuzunu daha da artırır. Cənab İlham Əliyevin Qazaxıstana olan səfəri də bu qəbildən idi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirak etmişdir. Möhtərəm Prezidentin bütün xarici səfərləri kimi bu səfəri də diplomatik qələbələrimiz siyahısındadır.
Görüş çərçivəsində ilk öncə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev 5-ci Zirvə Toplantısında keçən illərdə görülmüş işlər barədə çıxış etmiş, sonra isə Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin tərəfindən iştirakçılara videomüraciət edilmişdir. Daha sonra isə Prezident İlham Əliyev iclasda çıxış edərək öz fikirlərini səsləndirmişdi. Belə mötəbər görüşlərdə ölkə Prezidentimizin yer alması bizi qürurlandırır.
II Qarabağ müharibəsində qazanılmış qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etmişdir. Ununla da Azərbaycan 30 il davam edən Qarabağ münaqişəsinə son qoymuş, ədaləti bərpa etmiş və BMT Təhlükəsizlik şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etmişdir. Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilmişdir.Əgər bu torpaqların həqiqi sahibləri ermənilər özləri idi isə nə üçün öz dədə-baba yurdlarına bu vandalizmi rəva bilmişlər?! Sual düşündürücü, cavab isə qətidir! Çünki nə torpaq özlərinin idi, nə də yurd!
Unutmaq olmaz ki, Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. I Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Bu böyük rəqəmdir. Onların əksəriyyəti işgəncələrə məruz qalmış, öldürülmüş və kütləvi məzarlıqlarda basdırılmışdır. Bununla bağlı əlimizdə kifayət qədər sübutumuz var. Bu il işğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıqlar aşkar etmişik. Azərbaycan ən çox minalanmış ölkələr sırasındadır və ərazilərin minalardan təmizlənməsi üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.
Məğlubiyyətlə barışmayan erməni mənfurları Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənsitan sərhəddə təxribatlar törətməyə davam etdi. Azərbaycan Silahlı Qüvvələri Ermənsitanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli addımlar atmağa məcbur olmuşdur.
Azərbaycan, Türkiyə, Rusiya, İran, Özbəkistan, Qırğızıstan, İraq, Fələstin, Tacikistan prezidentləri, Pakistanın Baş naziri, Qətər Əmiri, Vyetnamın vitse-prezidenti, Çin Xalq Respublikası sədrinin müavini və beş nazir, həmçinin AQEM-in dövlət müşahidəçisi olan Belarus Prezidenti zirvə toplantısında iştirak etməsi görüşün kifayət qədər böyük miqyasıda olmasından xəbər verir. Bu toplantı türkdilli dövlətlərin həmrəyliyinə gələcəkdə daha mehriban, iqtisadi, siyasi, mədəni əlaqələrinin güclənməsinə böyük təkan verəcəkdir.