Aşiq Mehdiyev
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin müəllimi
Ulu öndər Heydər Əliyev 91 nəfər ziyalını ona müraciətindən sonra o, demişdir "mən güman edirəmki, müstəqil Azərbaycan dövlətinin, gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edərək demokratiya və siyasi plüralizim şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə bir partiya müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynaya bilər. Bəli o, zaman ziyalılarmız və digər insanlar Azərbaycanın taleyini düşünənlər ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Azərbaycanın görkəmli ziyalıları tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətlə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olundu.
Ziyalıların iştirak etdiyi konfransda yeni Azərbaycan partiyası haqqında proqram və nizamnamə qəbul edildi. Həmin konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Ulu öndər Heydər Əliyev qısa bir zaman kəsiyində Yeni Azərbaycan Partiyasının səviyyəsini yüksəldə bildi. Bu partiya qısa müddətdə bu günə qədər çox böyük sərfəli və uğurlu yol keçib. Bu partiya Azərbaycanda huquqi dövlət, sabit və sosial yönümlü iqdisadiyyat vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Partiyanın üzvləri dövlətimizə sadiqlik nümunəsi göstərirlər. Hər kəs öz işi ilə Azərbaycana töhfə verməyə çalışır. Dövlətimizin inkişafı naminə Prezidentimizin ətrafında çox birləşmək və dövlətimizin nüfuzunu qaldırmaq lazımdır.
Yeni Azərbaycan Partiyasının idarə heyəti 2021-ci ildə 29-dekabr tarixli iclasında qərar qəbul olundu. Partiyanın yeni proqramı 5 fəsildən ibarət olması haqqında:
Partiyanın inkişafı və uğurları
Siyasi dəyərlər və prinsiplər
Partiyadaxili münasibətlər və partiyanın fəaliyyətinin əsasları
Partiyanın əsas hədəfləri
Müzəffər liderlə Azərbaycan yeni zirvələrə aparan güclü partiya
YAP Azərbaycan demokratik, hüquqi dünyəvi və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətində, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır. Bir daha Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibəti ilə Prezidentimiz cənab İlham Əliyevi ürəkdən təbrik edir, ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıram. Biz həmişə prezidentimizin yanındayıq, çünki Azərbaycan xalqı sabaha inamla baxır.