Azərbaycan qarşılıqlı uduşlu vəziyyət yaratmağa və maraqların balansını qoruyub saxlamağa müvəffəq oldu
Röya İslamova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 84 nömrəli tam orta məktəbin direktoru
Bildiyimiz kimi, cari ilin 19 yanvarında Davos Dünya İqtisadi Formu çərçivəsində “Avrasiya Orta Dəhlizi: Yoldan magitrala” mövzusunda keçirilən panel iclasında ölkə Prezidenti İlham Əliyevdə iştirak edib. Cənab Prezident forumda panel iclaının moderatorunun suallarını cavablandırmışdır.
Ölkə başçısının bəyan etdiyi kimi, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu böyük layihə çərçivəsində birləşən dövlətlər qarşılıqlı xoş münasibətlərə malikdirlər. Azərbaycan Qərb qonşuları olan Gürcüstan və Türkiyə ilə, Şərq qonşusu olan Mərkəzi Asiya dövlətləri ilə məhsuldar siyasi, iqtisadi münasibətlərə malikdir. Buna görə də, biz Qərb və Şərq arasında təbii coğrafi əlaqələrə malik olduğumuz üçün nəqliyyat infrastrukturu sahəsinə böyük sərmayə yatırmışıq.
Həmçinin Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişdirilməsi müşahidə olunur ki, bu da Azərbaycanın zəruri infrastruktur obyektlərinin daha çox yük qəbul etməyə hazır olduğununun göstəricisidir. Yükdaşıma sahəsində 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənməsi üçün artıq vəsaitində ayrıldığı bildirildi.
Həmçinin danışıqlar zamanı bir mühüm məsələyədə toxunuldu. Bu ildən artıq Azərbaycan təkcə Türkmənistanın deyil, Qazaxıstan neftini də öz ərazisindən tranzit ölkə kimi nəql edəcək. Həmçinin bu dəhlizin karbohidrogenlər üçün də istifadə etmək potensialına malik olduğu bildirldi.
İclas zamanı, diqqətə çatdırılan məsələlərdən biri də o oldu ki, Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələri “Vahid pəncərə” sistemini tətbiq edərək gömrük inzibatçılığı, tarif siyasəti sahəsində işlərin daha da irəli aparılması üçün birləşmələri zəruri məsələlərdən biridir.
Prezidentin bildirdiyi kimi biz ölkə olaraq iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Bunun səbəbi ondadır ki, bugünkü reallıqlar bizdən tranzit ölkəsi olmağı tələb edir. Bu məsələyə diqqət yetirməyin iqtisadi əhəmiyyəti ondadır ki, ölkəmizdə yeni iş yerləri açılacaq və o da öz növbəsində yerli istehsalatın inkişafına yardımçı olacaqdır. Nəqliyyat sahəsinə qayğı isə ixracımızı şaxələndirməyə imkan verəcək. Bildirildi ki, tezliklə Bakı şəhərində dəniz limanının yaxınlığında yerləşən azad zonanın da açlışı planlaşdırılır.
Həmçinin, Azərbaycan Türkiyə, Azərbaycan Gürcüstan və eləcə də, Türkiyə Gürcüstan arasında münasibətlərin və üçtərəfli əlaqələrin inkişafı məsələsinə də toxunularaq bildirildi ki, münasibətlərin inkişafı çərçivəsində xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində bir sıra yeni görüş və sammit keçirilmişdir. Azərbaycan həm istehlaçı, həm də istehsalçı ölkə olaraq balansı uğurlu şəkildə qoruyur. Prezidentin nitqində deyildiyi kimi “Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansını qoruyub saxladıq”.
Bildirək ki, Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir. Həmçinin diqqətə çatdırıldı ki, dəmir yol şəbəkəsi inkişaf olunmalıdır. Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında əlverişli dəmir yolu bağlantısı yoxdu.
Təbii qazla bağlı da bir çox məsələlərə toxunuldu. Belə ki, Azərbaycan Avropa Komissiyasından müraciət alan kimi, dərhal müxtəlif istiqamətlər üzrə işlər görülməsi prosesini başlandı. Ölkə daxilində istifadə edilən qaza hansı sahələrdə qənaət edilə bilinəcəyi məsələsi müzakirə edildikdən sonra, onun Avropa bazarına ötrülməsi kimi işlər görüldü. Ötən il Avropa komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız gözləniləndi. Həmçinin onu da qeyd edək ki, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində artımı planlaşdırılır və bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri olan Yunanıstan-Bolqarıstan interkonnektoru ötən il açılmışdır. Bu, isə öz növbəsində bizə Bolqarıtana və bu ildən etibarən isə Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanı verdi.
İclas çərçivəsində Ermənistan tərəfinin bu kimi məsələlərə münasibətinə də toxunuldu. Ölkə başçısı bilirdi ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Bizim Gürcütanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib. Belə ki, Azərbaycanın təklifi liderlərin Gürcütanda görüşməsi təklifindən ibarət olmuşdur. Çünki, Gürcüstan tarixən bütün qonşuların görüşdüyü yer rolunu oynamışdır. Lakin, belə görünür ki, Ermənistan hələ buna hazır deyil. Bu, isə potensial risk təşkil edir. Belə ki, üç Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik və sərhədlərin delimitasiyası sahəsində səylərin birləşdirilməsini təmin etməlidir. Bu, region üçün daha təhlükəsiz olar.
Beləliklə, Davos Dünya İqtisadi Formunun növbəti iclası zamanı müzakirə edilən və qəbul edilən qərarlar Azərbaycan üçün də müxtəlif sahələrdə yeni qapılar açacaqdır.