Albaniya yerləşdiyi bölgədə böyük siyasi və iqtisadi əhəmiyyətə malik olan bir dövlətdir

Albaniya yerləşdiyi bölgədə böyük siyasi və iqtisadi əhəmiyyətə malik olan bir dövlətdir

Yeganə Məlikova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayon 279 saylı  körpələr evi uşaq bağçasının müdiri

Prezident İlham Əliyev 15 noyabr tarixində Albaniyaya rəsmi səfəri iki dövlət arasında dostluq körpüləri saldı.
Azərbaycan ilə Albaniya dost və tərəfdaş ölkələrdir. Albaniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 4 yanvar 1992-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 23 sentyabr 1993-cü ildə qurulmuşdur.

Albaniya yerləşdiyi bölgədə böyük siyasi və iqtisadi əhəmiyyətə malik olan bir dövlətdir. Azərbaycan Respublikası Albaniya Respublikası ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verir. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli görüşlərin və səfərlərin rolu böyükdür.

Azərbaycan beynəlxalq və regional təşkilatlar çərçivəsində belə bir əməkdaşlığın səmərəliliyini artırmaq üçün səylərini davam etdirmək əzmindədir. Belə bir siyasət həm də ölkəmizin xarici siyasət kursunun ruhuna cavab verir. BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək şəraitində əməkdaşlıq və bu əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin marağına cavabverir. Bu baxımdan məmnunluqla qeyd edə bilərəm ki, beynəlxalq və regional təşkilatlar çərçivəsində əlaqələrimiz uğurla inkişaf etməkdədir. Belə ki,
ölkələrimiz BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurumların bərabərhüquqlu üzvüdür. Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament
Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi və İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı kimi mötəbər beynəlxalq parlament qurumlarında da ölkələrimiz arasında qarşıqlı faydalı əməkdaşlıq həyata keçirilir.

Albaniya Asiya ölkələri, o cümlədən Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələrinin inkişafında Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin üzərində yerləşən və 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının yaratdığı imkanlardan yararlana bilər. Həmçinin BTQ dəmir yolu xəttinin Trans-Avropa Nəqliyyat Şəbəkəsinin əsas oxların üzərində yerləşdiyini bildirmək istərdim. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və azad iqtisadi zonasının yaradılması üzrə əməkdaşlıq imkanlarının Albaniya tərəfindən
nəzərdən keçirilməsi Albaniya höküməti ilə gələcəkdə əməkdaşlığımızı daha çox şaxələndirə bilər.

Azərbaycan-Albaniya münasibətlərində geniş perspektivlər mövcuddur. Yerli iş adamları ilə albaniyalı iş adamları arasında işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından biznes forumların keçirilməsinin faydalı olduğunu nəzərə alaraq, bu cür tədbirlərin mütəmadi olaraq təşkili
əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin inkişafı istiqamətində işlər
çox aşağı səviyyədədir. 2022-ci ildə isə 549 min ABŞ dollari olmuşdur. İqtisadi sahədə əməkdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün hər iki ölkənin kifayət qədər potensialı var və bu sahədə ciddi addımlar
atılmalıdır. Ölkələrimiz arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdirilməsi üçün gərəkli siyasi iradə də vardır. Hesab edirəm ki, bizim bu potensialdan istifadə etməyimiz ölkələr arasında əlaqələrin daha da inkişafında təkamül yaradacaq.

Azərbaycan ilə Albaniya arasında informasiya-kommunikasiya texnologiyaları və xüsusən yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanlar vardır. Azərbaycan bu istiqamətdə
Albaniya ilə əməkdaşlıqda yaxından maraqlıdır. Gələcəkdə kosmik sənayenin inkişafı məqsədi ilə bir neçə süni peyklərin hazırlanması və orbitə buraxılması nəzərdə tutulmuşdur. Böyük fəxr hissi ilə qeyd etmək olar ki, gənc dövlət olan Azərbaycanın hal-hazırda orbitdə 3 peyki (Azərspace 1, Azərsky və Azerspace 2) mövcuddur. Bu sahədə geniş imkanlar mövcuddur.

Bu gün Azərbaycanda dünyanın aparıcı ölkələrindən xeyli sayda şirkətlər və iş adamları fəaliyyət göstərirlər. Belə ki, Xəzərin enerji ehtiyatlarının işlənilməsinə dair “Əsrin müqaviləsi” adı ilə məşhur olan ilk neft kontraktının
həyata keçirilməsi, Bakı-Tbilisi-Ceyhan əsas neft və habelə Bakı-Tbilisi Ərzurum qaz ixrac kəmərlərinin çəkilməsi mühüm əhəmiyyət kəsb edir. Görülən işlər nəticəsində tikilən Səngəçal neft terminalı dünyanın ən böyük neft və qaz terminallarından birinə çevrilmişdir.

Artıq reallaşan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri, eləcə də “Cənub Qaz Dəhlizi” və “Şahdəniz 2” yatağının işlənməsi ilə Azərbaycan regionda öz liderlik rolunu bir daha təsdiqlədi. İlk növbədə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin genişləndirilməsi, artıq reallaşdırılan Trans-Anadolu (TANAP) və Transadriatik (TAP) qaz boru kəmərləri və digər layihələr Azərbaycanın etibarlı tərəfdaş kimi bu sahədə
apardığı uğurlu siyasətin nəticəsidir.


TAP layihəsi bir çox dövlətlərlə bərabər Albaniya və onun qonşu dövlətlərini əhatə edir. Bu layihədən həm Albaniya dövləti həm də qonşu dövlətlər yararlanacaq. Bu da regionun inkişafına öz bəhrəsini verəcək. TAP xətti Albaniya ərazisindən keçərək bu ölkədəki neft-qaz sektorunun inkişafına və şirkətlərinin dirçəlişinə təkamül yaradacaq.

Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə paralel olaraq mədəni-humanitar münasibətlərin də inkişafına xüsusi diqqət ayrılması mühümdür. Bu baxımdan səfirliklərdən əlavə diaspor təşkilatları formalaşdırılmalı və birlikdə bu istiqamətdə aktiv fəaliyyət göstərməlidirlər. Bundan başqa, son vaxtlar Azərbaycan-Albaniya humanitar əlaqələrinin inkişaf etdirilməsi üçün bir sıra tədbirlər görülmüşdür. 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Səfirlik tərəfindən Albaniyanın Tirana Universitetində “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsi keçirilmiş və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 4 nəfər qalib və bir nəfər Universitetin nümayəndəsi qrup rəhbəri olaraq 15-22 sentyabr tarixlərində Azərbaycan səfər etmişlər.

Son dövrlər Azərbaycan çoxsaylı regional və beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu tədbirlər həm siyasi, həm iqtisadi, həm mədəni-humanitar, həm dəmidman xarakterli tədbirlərdir. Bütün bunlar Azərbaycanın beynəlxalq müsbət imicinin və etibarlılığının göstəricisi hesab edilməlidir.

Albaniya keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini dəstəkləyib.