Prezident konstitusiyanın tələb etdiyi tarixi və milli missiyanı şərəflə yerinə yetirdi

Prezident konstitusiyanın tələb etdiyi tarixi və milli missiyanı şərəflə yerinə yetirdi

Mədinə Kərimova

YAP Suraxanı rayon təşkilatının gənc fəalı

Bakı  Dövlət  Universitetinin  I  kurs  tələbəsi

Konstitusiyanın ən fundamental prinsipinin – suverenlik və ərazi bütövlüyü prinsipinin Prezident cənab  İlham Əliyevin rəhbərliyi ilə tam bərpasıdır. Uzun illər Konstitusiyanın bu maddəsi pozulsa da, cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, güclü ordu quruculuğu və beynəlxalq hüquqa söykənən mübarizəsi nəticəsində Vətən müharibəsindəki Zəfər (2020) və 2023-cü ildə suverenliyin tam bərpası Konstitusiyanın hökmünü bütün ölkə ərazisində bərqərar etdi.

Bu, cənab Prezident İlham Əliyevin siyasətinin ən böyük uğurudur, çünki o, Konstitusiyanın tələb etdiyi tarixi və milli missiyanı şərəflə yerinə yetirdi. Qarabağda və Şərqi Zəngəzurda tikilən "ağıllı kənd"lər, məktəblər, yollar və həyata keçirilən Böyük Qayıdış Proqramı Konstitusiyanın bərpa olunmuş suverenliyə əsaslanan sosial-iqtisadi müddəalarının icrasının ən bariz nümunəsidir. Dövlət Suverenliyi Gününün təsis edilməsi bu tarixi nailiyyətin əbədiləşdirilməsidir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Konstitusiyanın yaratdığı möhkəm hüquqi baza üzərində dayanaraq, suverenlik, qanunun aliliyi və sosial rifah kimi təməl prinsipləri uğurla həyata keçirmişdir. 2025-ci il “Konstitusiya və Suverenlik İli” dövlətçiliyimizin bu sarsılmaz təməlinin, Heydər Əliyev irsinin və cənab Prezident İlham Əliyevin uğurlu və qətiyyətli siyasətinin təntənəsidir. Azərbaycan bu gün Konstitusiyanın verdiyi güclü hüquqi və siyasi əsaslarla gələcəyə inamla addımlayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin ən şanlı Zəfəri ilə hüquqi bünövrəsinin – Konstitusiyamızın – ali gücünün qeyd olunduğu tarixi bir məqamdır. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü bir araya gətirir.

Bir gənc kimi Şanlı Zəfərin bir parçası olduğum və bu dövrdə yaşadığım üçün özümü xöşbəxt hiss edirəm. Canını azadlığımız və suverenliyimiz uğrunda qurban verən həmyaşıdlarımın əziz ruhları qarşısında dərin ehtiramla baş əyirəm.