İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır
Aygün Bağırova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 89 nömrəli orta məktəbin direktor müavini
Xarici sərmayələrin cəlb olunması üçün,xüsusilə qeyri- neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 sentyabrda keçirilən müşavirədəki çıxışında bildirmişdir ki,xarici sərmayələrin cəlb olunması üçün, xüsusən də qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir.
Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda Azərbaycan dövlətinin güclənməsi,ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır.
Son illər ərzində xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və biz bunun bəhrəsini indi görürük. Bakı,Sumqayıt şəhərlərində, eləcə də işğaldan azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının açılması müsbət haldır.