YAP Suraxanı rayon təşkilatının rəhbərliyi ƏPT-nin sədri Sadıq Sadıqovu təbrik edib
14 noyabr 2025-ci il tarixdə “Neftçi İdman Kompleksi” İctimai Birliyinin İdarə heyətinin sədrinin müşaviri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Sadıq Sadıqovun 60 illik yubileyi münasibəti ilə görüş keçirilmişdir. Görüşdə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər, rayonun idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Görüşdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Sadıq Sadıqovun uzun illər üzv olduğu və siyasi xəttinə hər zaman sadiq qaldığı Yeni Azərbaycan Partiyasında fəaliyyəti özündən sonra gələn nəsillər üçün əsil vətəndaşlıq nümunəsidir. O, nümunəvi, ləyaqətli, işgüzar, savadlı idman mütəxəssisi, vicdanlı, öz işinə məsuliyyətlə yanaşan, kollektiv arasında hörmət qazanan bacarıqlı idman xadimi, ziyalı, dünyagörüşülü, təcrübəli, xeyirxah ağsaqqal olmaqla yanaşı, həm də işlədiyi kollektivdə ərazi partiya təşkilatının sədri kimi doğma partiyamıza sədaqətlə xidmət etmiş, bu dövr ərzində ölkədə keçirilən bütün seçkilərdə fəallığı ilə seçilmişdir. Dövlətimizin, Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir.
Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, Sadıq Sadıqovun idman mütəxəssislərinin, idman ustalarının, gənc idmançıların ictimai-siyasi tərbiyəsində, yetişməsində, partiya sıralarına cəlb olunmasında və keçirilən tədbirlərin yüksək səviyyədə təşkilində əməyi danılmazdır. Onun partiya işlərində fəallığı YAP Suraxanı rayon təşkilatı tərəfindən rəğbətləndirilmiş, o, Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunmuşdur.
Göstərilən diqqətə və qayğıya görə Sadıq Sadıqov YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova öz dərin minnətdarlığını bildirmişdir. Yubliyar qeyd etmişdir ki, bundan sonra da doğma partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəkdir.